Türkiyədəki hərbi çevriliş cəhdində Misir və Birləşmiş Ərəb Əmirliyinin izi axtarılır
Tarix: 19-07-2016 18:55 | Bölmə: Slayd


Anonim qalmaq istəmiş bir ərəb ölkəsinin kəşfiyyat qaynağı rəsmi Ankaranın Türkiyədə təşkil edilən hərbi çevriliş cəhdinin arxasında Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) durduğunu isbat etməyə çalışdığını iddia edib.

Reyting.az xəbər verir ki, Türkiyə rəhbərliyi Fəthullah Gülənin ötən həftə BƏƏ-ni ziyarət etməsini araşdırır. İddialara görə, həmin səfər zamanı Gülən əmirlikdə Fələstinin "Fəth” hərəkatının keçmiş üzvü və Əbu-Dabi əmirinin məsləhətçisi Məhəmməd Dahlan ilə görüşüb. Kəşfiyyat xidmətinin xəbərində rəsmi Ankaranın Dahlandan Misir prezidenti Sisiyədək uzanan uğursuz hərbi çevriliş cəhdindəki iştirakın ciddi araşdırıldığı qeyd olunur.

M.RZABƏYLİ

 





Bölməyə aid digər xəbərlər