16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir polkovniki vəzifədən kənarlaşdırıb - Təyinat
Tarix: 12-08-2019 15:08 | Bölmə: Slayd
Nazir polkovniki vəzifədən kənarlaşdırıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.

Reyting.az
avtosfer.az-a istinadla xəbər verir ki, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsində çalışırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}