Hökumətin qərarı ölkədə ic­ti­ma­i na­ra­zı­lı­ğı ar­tırır
Tarix: 20-07-2016 16:23 | Bölmə: Slayd


Ar­tıq ne­çə müd­dət­dir Azər­bay­can­da iq­ti­sa­di prob­lem­lər ar­tan xətt üz­rə in­ki­şaf edir.

Nef­tin qiy­mə­ti­nin dün­ya baza­rın­da ucuz­laş­ma­sın­dan sonra baş­la­yan de­val­va­si­ya öl­kə­də iq­ti­sa­di böh­ra­nın yaran­ma­sı­na, son bir il­dəbü­tün sa­hə­lər üz­rə qiymət artımı­na sə­bəb olub. Bu isə in­san­la­rın so­si­al­-iqtisa­di duru­mu­nu ağır­laş­dı­rıb. Ötən dövr ərzində bir sı­ra kom­mu­nal xid­mət haq­la­rı­nın art­ırılma­sı isə əha­li­nin cid­di nara­hat­lı­ğı ilə nə­ti­cə­lə­nib.

Mə­lum ol­du­ğu ki­mi, bir müd­dət ön­cə öl­kə­də su­yun qiymə­ti qal­dı­rıl­dı. Bir neçə gün ön­cə ana­lo­ji ad­dım elektrik ener­ji­si iləbağ­lı atıl­dı. Azər­bay­can Respub­li­ka­sı Ta­rif Şu­ra­sı "A­zə­ri­şıq" və "A­zə­re­ner­ji" ASC-lə­rin müraciət­lə­ri­ni nə­zə­rə ala­raq elekt­rik ener­ji­si­nin ölkədaxi­li qiy­mət­lə­ri­nin tən­zim­lən­mə­si ba­rə­də qərarında bir kilovat-­sa­at elekt­rik ener­ji­si­nin top­dan­sa­tış ta­ri­fi­ni 4,3 qə­pik, pə­ra­kən­də sa­tış ta­ri­fi­ni isə 7 qə­pik müəy­yən edib.

"Tarif Şurasının qərarı infl­ya­si­ya gös­tə­ri­ci­lə­ri­nə mən­fi təsir edə­cək"


Tanınmış iq­ti­sad­çı Mə­həm­məd Ta­lıb­lı­ "Rey­tinq­"ə deyib ki, Ta­rif Şu­ra­sı­nın qə­ra­rı­nı hö­ku­mə­tin ener­ji böl­mə­si­nin borc­la­rı­nı əha­li­nin üzə­ri­nə yük­lə­mə­si ki­mi qiy­mət­lədirir. M.Ta­lıb­lı bildirib ki, qə­rar kom­mu­nal və is­teh­lak bazarında qiy­mət ar­tı­mı üçün əsas ola­caq:

"Bu­nun di­gər sek­tor­la­ra tə­si­rini həm də "A­zə­ri­şıq­"ın özü­nün ma­liy­yə du­ru­mun­da ax­tar­maq la­zım­dır. Bu­ra­da, 17 fa­iz­lik ar­tım­dan söh­bət ge­dir.

İkin­ci­si, bu, öl­kə­də di­gər kom­mu­nal xid­mət­lə­rin, hət­ta is­teh­lak ba­za­rın­da psi­xo­lo­ji ba­xım­dan di­gər mal vəxid­mət­lə­rin ar­tı­mı üçün ba­za ro­lu­nu oy­na­ya­caq vəinfl­ya­si­ya gös­tə­ri­ci­lə­ri­nə mən­fi tə­sir edə­cək".

M.­Ta­lıb­lı bir neçə gün ön­cə Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin rəs­mi açıq­la­ma­sın­da infl­ya­si­ya gös­tə­ri­ci­lə­ri­nin açıq­lan­ma­sı­na da diq­qət çə­kib: "Rəs­mi açıq­la­ma­dan ay­dın olur ki, öl­kə­də 2 də­fə baş ve­rən de­va­la­si­ya­dan son­ra be­lə 10,4 fa­iz­lik is­teh­lak mal­la­rı­nın qiy­mə­ti cə­mi bu qə­dər yük­sə­lib. Bu ələ­sal­ma və ya rə­qəm­lər­lə oy­na­maq de­yil, bəs nə­dir? Öl­kə­də is­teh­lak mal­la­rı­nın qiy­mə­ti­nin yük­səl­mə­sin­dən son­ra döv­lət bu pro­ses­dən və­tən­daş­la­rı­nı de­yil, döv­lət şir­kət­lə­ri­nin zi­yan­la­rı­nın ne­cə kom­pen­sa­si­ya et­mək haq­qın­da dü­şün­dü­yü ki­mi, gə­rək və­tən­daş­la­rın so­si­al mü­da­fi­ə­si haq­qın­da da dü­şü­nəy­di. Baş­qa söz­lə, ta­rif­lə­rin yük­səl­dil­mə­si öl­kə­də infl­ya­si­ya təz­yiq­lə­ri­ni güc­lən­di­rə­cək və əla­və ba­ha­laş­maya səbəb olacaq ".

İq­ti­sad­çı­lar möv­cud şə­ra­i­ti və hö­ku­mə­tin iq­ti­sa­di si­ya­si kur­su­nu ana­liz edə­rək o qə­na­ə­tə gə­lir­lər ki, qar­şı­da­kı dövr­də hər han­sı ye­ni­lik ol­ma­ya­caq. Hö­ku­mət və­ziy­yət­dən çıx­maq üçün növ­bə­ti ad­dım­la­rı­nı xal­qı "yük­lə­mək”­lə ger­çək­ləş­di­rə­cək. Bu sə­bəb­dən də iq­ti­sad­çı­lar qar­şı­da­kı dövr­də öl­kə­də cid­di na­ra­zı­lıq­la­rın ola­ca­ğı­nı proq­noz­laş­dı­rır­lar. Ağır du­rum­da ya­şa­yan əha­li­ni kom­mu­nal və di­gər xid­mət­lə­rin qiy­mət­lə­ri­ni ar­tır­maq­la "yük­lə­mək” isə na­ra­zı­lı­ğın əha­tə da­i­rə­si­ni ge­niş­lən­di­rə bi­lər.

Pro­ses­lə­rin han­sı is­ti­qa­mət­də in­ki­şaf edə­cə­yi ilə bağ­lı si­ya­sət­çi­lə­rə mü­ra­ci­ət et­dik. Hər hal­da, öl­kə mü­xa­li­fə­ti­nin fi­kir­lə­ri də marq­lı­dır.

"Cə­miy­yət eti­raz sə­si­ni ucalt­ma­lı­dır”


Mü­sa­vat Par­ti­ya­sı­nın baş­qa­nı Arif Ha­cı­lı "Rey­tinq­"ə dedi ki, Azər­bay­can­da iq­ti­sa­di mü­na­si­bət­lə­rin düz­gün qu­rul­ma­ma­sı, kor­rup­si­ya­nın miq­ya­sı, iq­ti­sa­diy­ya­tın neft gə­lir­lə­rin­dən tam ası­lı və­ziy­yət­də ol­ma­sı döv­lət büd­cə­si­nin bir­dən-­bi­rə iki də­fə azal­ma­sı­na, öl­kə­ni cid­di ma­liy­yə ça­tış­maz­lı­ğı və­ziy­yə­ti­nə sa­lıb.

A.­Ha­cı­lı­nın söz­lə­ri­nə gö­rə, ha­ki­miy­yət yol ver­di­yi nöq­san­la­rı ara­dan qal­dır­maq, kor­rup­si­ya­ya son qoy­maq, azad ba­zar mü­na­si­bət­lə­ri­ni tət­biq et­mək əvə­zi­nə büd­cə­ni və­tən­daş­la­rın on­suz da az olan və­sa­it­lə­ri­ni əlin­dən al­maq­la dol­dur­maq is­tə­yir. Mü­sa­vat baş­qa­nı­nın fik­rin­cə, cə­ri­mə­lə­rin, ko­mu­nal xid­mət­lə­rə gö­rə qiy­mət­lə­rin qal­dı­rıl­ma­sı­nın sə­bə­bi bu­dur: "Əl­bət­tə, cə­miy­yət ha­ki­miy­yə­tin bu cür dav­ra­nış­la­rı­nı dur­dur­maq üçün eti­raz sə­si­ni ucalt­ma­lı­dır. Gec, ya tez ha­ki­miy­yə­tin xal­qı müf­lis edən so­si­al­-iq­ti­sa­di si­ya­sə­ti xal­qın eti­raz dal­ğa­sı­nın yük­səl­mə­si­nə sə­bəb ola­caq".

"Və­ziy­yət get­dik­cə dra­ma­tik­lə­şir” 

 

Azər­bay­can Xalq Cəb­hə­si Par­ti­ya­sı­nın sədr mü­a­vi­ni Nu­rəd­din Məm­məd­li isə düşünür ki, ha­ki­miy­yə­tin möv­cud iq­ti­sa­di böh­ran­dan çıx­maq üçün nə konk­ret proq­ra­mı, nə də onu re­al­laş­dır­maq üçün qa­bi­liy­yə­ti yox­dur. Yəni, hö­ku­mət iq­ti­sa­di böh­ran­dan çıx­maq üçün bü­tün dün­ya­da də­fə­lər­lə sı­naq­dan ke­çi­ril­miş komp­leks təd­bir­lə­ri re­al­laş­dır­maq əvə­zi­nə, öz­lə­ri­nin ya­rat­dıq­la­rı bü­tün prob­lem­lə­ri xal­qa "yük­lə­mək” yo­lu­nu tu­tub:

"Və­ziy­yət get­dik­cə dra­ma­tik­lə­şir. Xal­qın so­si­al­-iq­ti­sa­di və­ziy­yə­ti acı­na­caq­lı­dır. Ha­ki­miy­yət so­si­al və­ziy­yə­ti yax­şı­laş­dır­maq əvə­zi­nə, qiy­mət­lə­ri, cə­ri­mə və rü­sum­la­rı ar­tır­maq­la büd­cə­ni ba­lans­laş­dır­ma­ğa ça­lı­şır ki, bu da müm­kün de­yil. Tə­bi­i ki, bu da ic­ti­ma­i na­ra­zı­lı­ğı ar­tır­maq­da­dır".

N.­Məm­məd­li­nin fik­rin­cə, möv­cud du­rum­da ha­di­sə­lə­rin in­ki­şa­fı iki va­ri­ant üz­rə da­vam edə bi­lər:

"Bi­rin­ci­si, xalq si­ya­si təş­ki­lat­lan­ma yo­lu ilə ha­ki­miy­yə­tə təz­yiq et­mək­lə, prob­le­mi dinc yol­la həll edə bi­lər.

İkin­ci­si, və­ziy­yə­tin get­dik­cə pis­ləş­mə­si, son­da dö­züm­süz­lük şə­ra­i­ti ya­rat­maq­la so­si­al part­la­yı­şa sə­bəb ola bi­lər.

Tə­bi­i ki, ikin­ci yol öl­kə­də si­ya­si sa­bit­li­yin po­zul­ma­sı nə­ti­cə­sin­də xa­o­sun ya­ran­ma­sı­na gə­ti­rə bi­lər ki, bu da ar­zu­o­lun­maz­dır. Bu mə­na­da növ­bə­ti də­fə qeyd et­mək is­tər­dim ki, is­tə­ni­lən lo­kal xa­rak­ter­li, spon­tan qal­xın­ma­lar müs­bət də­yi­şik­li­yə gə­ti­rə bil­məz. Ək­si­nə, bu cür hə­rə­kət­lər ha­ki­miy­yə­tin rep­res­si­ya­la­rı va­si­tə­si­lə des­po­tiz­min da­ha da də­rin­ləş­mə­si­nə sə­bəb olar".

"Ha­ki­miy­yət və­tən­daş­la­rın ci­bi­nə gi­rir”


Azər­bay­can De­mok­rat Par­ti­ya­sı­nın sədr mü­a­vi­ni Ta­liy­yəƏli­ye­vin fik­ri­nə gə­lin­cə, o, qeyd edib ki, kom­mu­nal xid­mət­lə­rin qiy­mə­ti­nin qal­dı­rıl­ma­sı ağır so­si­al­-iq­ti­sa­di böh­ran və­ziy­yə­tin­də ya­şa­yan Azər­bay­can xal­qı­na mən­fi tə­sir edə­cək:

"Gö­rü­nən odur ki, di­gər xid­mət­lə­rin qiy­mət­lə­rin­də də ar­tım­lar ola­caq. Bu, əha­li­nin var-­yox­dan çıx­ma­sı­na gə­ti­rib çı­xa­ra bi­lər ki, nə­ti­cə­də öl­kə­də so­si­al tə­la­tüm­lə­rin ya­şan­ma­sı qa­çıl­maz olar. Ona görə də ha­ki­miy­yət bü­tün xərc­lə­ri əha­li­nin üzə­ri­nə "yük­lə­mək” si­ya­sə­tin­dən əl çək­mə­li­dir.

Ha­ki­miy­yət nü­ma­yən­də­lə­ri bu ar­tım­la­ra haqq qa­zan­dır­maq üçün çox vaxt bey­nəl­xaq təc­rü­bə­yə və stan­dart­la­ra is­ti­nad edir­lər. Tə­əs­süf­lər ol­sun ki, mi­ni­mum əmək haq­qı, pen­si­ya­lar və ya­xud adam­ba­şı­na dü­şən gə­lir­lər mə­sə­lə­sin­də bey­nəl­xalq təc­rü­bə və stan­dart ya­da düş­mür. Bu tip­li mə­sə­lə­lər­də nə­dən­sə hə­mi­şə "Mü­xa­li­fət nə et­mə­li­dir"- su­a­lı or­ta­ya çı­xır. Am­ma nə­zə­rə al­ma­lı­yıq ki, ha­ki­miy­yət qiy­mət ar­tı­mı ilə tək­cə mü­xa­li­fə­tin yox, bü­tün və­tən­daş­la­rın ci­bi­nə gi­rir. Ona gö­rə də cə­miy­yət özü bu mə­sə­lə­yə re­ak­si­ya ver­mə­li, re­ak­si­ya­lar küt­lə­vi xa­rak­ter alar­sa, mü­xa­li­fət bu­nu ida­rə et­mə­li­dir. Əks hal­da yal­nız mü­xa­li­fət par­ti­ya­la­rı üzv­lə­ri­nin iş­ti­ra­kı ilə hər han­sı ak­si­ya­nın ke­çi­ril­mə­si­nin heç bir ef­fek­ti ola bil­məz".

"Ye­ni de­val­va­si­ya qa­çıl­maz­dır” 

 

Və­tən­daş və İn­ki­şaf Par­ti­ya­sı­nın səd­ri Əli Əli­yev isə dü­şü­nür ki, Azər­bay­can qı­zıl ri­fah era­sı­nı ba­şa vu­rub, ar­tıq il­ya­rım­dır ye­ni iq­ti­sa­di mər­hə­lə­yə qə­dəm qo­yub. Onun söz­lə­ri­nə gö­rə, bi­rin­ci de­val­va­si­ya dal­ğa­sı bu mər­hə­lə­nin ilk əla­mə­ti idi:

"Bi­zim üçün hə­min dövr­dən post­neft era­sı baş­la­yıb. Tə­əs­süf ki, yön­dəm­siz hö­ku­mə­ti­miz bu­nu açıq eti­raf et­mir. Ba­xın, ABŞ dol­la­rı ek­vi­va­len­tin­də ca­ri büd­cə­nin həc­mi ötənil­ki­nə nis­bə­tən 250 fa­iz az­dır. Bu, is­teh­la­kı xa­ric­dən ası­lı olan öl­kəüçün çox bö­yük fərq­dir.

Ha­ki­miy­yət ən yük­sək sə­viy­yə­də ya­ran­mış və­ziy­yə­ti göz­lə­mə­dik­lə­ri­ni eti­raf et­di. Bir ne­çə gün əv­vəl pre­zi­den­tin iş­ti­ra­kı ilə ke­çi­ri­lən top­lan­tı­da ÜDM­-in həc­mi­nin azal­dı­ğı rəs­mən eti­raf edil­di. Diq­qət edin, və­ziy­yə­tin ağır­lı­ğı­na rəğ­mən ha­ki­miy­yət ba­za­rı li­be­ral­laş­dır­ma­ğa tə­ləs­mir.

İq­ti­sa­diy­yat həm də el­mi ya­naş­ma tə­ləb edir. Onun da spe­si­fik mil­li xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, uni­ver­sal qa­nu­na­uy­ğun­luq­la­rı möv­cud­dur. Bi­zə bən­zər, neft ağır­lıq­lı uğur­lu döv­lət­lə­rin təc­rü­bə­si­nə bax­saq, ora­da ucuz neft qiy­mət­lə­ri şə­ra­i­ti­nə ke­çi­din ümu­mi qa­nu­na­uy­ğun­luq­la­rı möv­cud­dur. Eti­raf et­mək la­zım­dır ki, hə­min tək­mil­ləş­dir­mə təd­bir­lə­ri bət­nin­də si­ya­si risq­lə­ri də da­şı­yır. Bu ar­tıq hö­ku­mə­tin se­çi­mi­dir ki, risq­lə­ri göz önü­nə alıb döv­lə­ti və­ziy­yət­dən çı­xa­rır, yox­sa ilk növ­bə­də ha­ki­miy­yə­ti sa­bit sax­la­maq­la döv­lə­ti ris­qə atır".

Par­ti­ya səd­ri tə­əs­süf­lə qeyd edib ki, Azər­bay­can­da ikin­ci va­ri­an­ta üs­tün­lük ve­ril­di­yi qə­na­ə­ti for­ma­la­şır. Onun fik­rin­cə, və­ziy­yət get­dik­cə ağır­la­şa­caq: "Fik­rim­cə, ye­ni de­val­va­si­ya qa­çıl­maz­dır. Ar­tıq ma­aş və mü­a­vi­nət­lə­rin ödə­ni­şin­də fa­si­lə­lər ya­ra­nır. İş yer­lə­ri­nin bağ­lan­ma­sı, biz­nes fə­al­lı­ğı­nın mi­ni­mu­ma en­mə­si or­ta­da­dır. İca­zə ve­rən və bu yol­la mə­mur do­la­nı­şı­ğı­nı tə­min edən ins­tan­si­ya­lar­da mü­ra­ci­ət­lər sı­fır sə­viy­yə­sin­də­dir. Bu­nu ic­ra ha­ki­miy­yə­ti nü­ma­yən­də­lə­ri özəl tə­mas­lar­da şi­ka­yət­lə­nə­rək bil­di­rir­lər.

Büd­cə­nin gə­lir his­sə­si dol­mur. Ver­gi or­qa­nı əmək­daş­la­rı iş adam­la­rın­dan ilin so­nu­na qə­dər ödə­niş et­mə­yi xa­hiş edir­lər. Hət­ta kom­mu­nal sa­hə­də də ilin so­nu­na qə­dər ödə­niş mü­ra­ci­ət­lə­ri edi­lir. Bü­tün baş ve­rən­lər ha­ki­miy­yə­tin ən bö­yük müt­tə­fi­qi olan müf­tə neft pul­la­rı­nın ya­rat­dı­ğı so­si­al sa­bit­li­yin da­ya­nıq­sız ha­la gəl­di­yi­nin gös­tə­ri­ci­si­dir. Təd­ri­cən borc və do­la­nı­şıq mən­gə­nə­sin­də sı­xı­lan əha­li nə baş ver­di­yi­ni su­al­lan­dır­ma­ğa, gü­nah­kar ax­tar­ma­ğa baş­la­ya­caq. Ay­dın­dır ki, ya­ran­mış si­tu­a­si­ya­da ilk ba­is­kar neft­dən kül­li miq­dar­da və­sa­i­ti şəx­si ma­raq­la­rı­na xərc­lə­miş, oğ­ra­mış, da­ğıt­mış iq­ti­dar­dır. La­kin əha­li­nin si­ya­si pas­siv­li­yi dəbu il­lər­də be­lə ya­rıt­maz ida­rə­çi­li­yə şə­ra­it ya­ra­dıb".

Ə.Ə­li­yev son­da bil­di­rib ki, ya­xın 3-4 il­də öl­kə­nin so­si­al du­ru­mu ağır­la­şa­caq. "Mü­va­fiq ola­raq, si­ya­si ayaq­lan­ma vü­sət ala­caq. İq­ti­da­rın ya­xın il­lər­də və­ziy­yə­ti­nin qə­na­ət­bəxş ol­ma­ya­ca­ğı­nı proq­noz­laş­dı­rı­ram. Öl­kə­da­xi­li gər­gin­lik­lə ya­na­şı ge­o­po­li­tik təz­yi­qi də nə­zə­rə al­saq, 18-­ci ilin pre­zi­dent, 20-­ci il par­la­ment seç­ki­lə­ri fərq­li ol­ma­lı­dır. Tə­bi­iki, be­lə şərt­lər da­xi­lin­də fors-­ma­jo­ru da he­sab­dan at­maq ol­maz",-­de­yə par­ti­ya səd­ri fik­ri­ni ta­mam­la­yıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər