











Tarix: 20-07-2016 18:41 | Bölmə: Slayd
ABŞ-ın sabiq dövlət katibi Kolin Pauelin xüsusi köməkçisi Lourens Vilkerson Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennanın Türkiyədəki uğursuz hərbi çevriliş cəhdində rolu olduğunu bildirib.
Reyting.az xəbər verir ki, Vilkerson 15 iyul axşamı başlayan və 16 iyul səhəri yatırdılan çevriliş cəhdi barədə deyib: "Məncə, Con Brennan və digərlərinin Türkiyədə baş verənlərdən xəbərdar olduqları şübhəsizdir”. L.Vilkersonun sözlərinə görə, ABŞ maraqlarına düşmən olan istənilən hökuməti dəyişdirmək üçün siyasi, ya da hərbi vasitələrdən istifadə edildiyini nəzərə alaraq, Türkiyədəki hərbi çevriliş cəhdini də SİA-nın əməliyyatı hesab etmək olar.
L.Vilkerson R.Reyqan dövründə CIA-nın 58 oxşar gizli əməliyyatı reallaşdırdığını xatırladıb.
M.Rzabəyli
Bölməyə aid digər xəbərlər