











Tarix: 22-07-2016 12:31 | Bölmə: Slayd
"Bağlanan bankların ümumilikdə 140 milyon 300 min manat qorunan əmanəti var. Əmanətlərin ödənilməsi üçün Əmanətlərin Sığortlanaması Fondunda vəsait var. Lazm olarsa, Mərkəzi Bankdan əlavə vəsait cəlb edilə bilər”.
Bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
R.Aslanlı bağlanan 4 bankın ümumilikdə 450-dən bir qədər az işçisinin olduğunu da nəzərə çatdırıb.
R.Aslanlı deyib ki, bu gün bankların sağlamlaşdırılması siyasəti ilə bağlı diqqətimizdə olan iki bank var. Bunlardan biri Azərbaycan Beynəlxalq Bankıdır ki, onun sağlamlaşdırılması üçün hökumət tərəfindən uzunmüddətli proqram hazırlanıb. İkinci isə "Bank Standart”dır: "Hazırda bu iki bankdan başqa problemli olan bank yoxdur. Yerdə qalan banklar normal rejimdə çalışır”.
Palata sədri bildirib ki, dollarlaşma dedollarlaşma monetar siyasətin tərkibidir: "Manata olan etimadın bərpa olunması istiqamətində hökumət çalışır. Bu günlərdə Maliyyə Sabitliyi Şurası yaradıldı. Bu gün banklarda qorunan əmanətlərin sayı 500 milyon manatadan artıqdır. Onların çoxu xarici valyutadır. Dövlət banklara manatla dəstək göstərir. Valyuta bazarında təklif tələbi tam qane etmir. Bank da onda olan əmanətləri bir gündə xarici valyutaya çevirə bilmir. Bu isə maliyyə sabitliyinə mənfi təsir göstərir.
Bankda olan əmanətləri bu gün xarici valyuta ilə tələb etmək bu bankın siyasətinə mənfi təsir göstərir. Dövlət bunların arxasında dayanıb”.
"Bank Standart”la bağlı hər gün məlumat aldıqlarını bildirən R.Aslanlının sözlərinə görə, elə əmanətçilər var ki, onların təxirəsalnımaz ehtiyacları var: "Məsələn, övladlarının təhsil haqlarını ödəmək, sağlamlıq məsələləri... Hər bir şəxsin əmanəti təhlükəsizdir. İnsanlar xarici valyutada olan əmanətlərini istəyirlərsə, bir qədər səbr etməlidirlər”.
Əmanətlərin faiz dərəcələrinin artırılmasına gəldikdə, R.Aslanı bunun iqtisadi kateqoriya olduğunu qeyd edib: "Monetar orqanlarla Palatanın və bank sektorunun baxışları bir biri ilə əlaqəli olmalıdır. Qorunan əmanətlərin faiz dərəcələrinə yaxın gələcəkdə baxıla bilər”.
Reyting.az
Bölməyə aid digər xəbərlər