Bakı neftinin talanan pulu, məmur arvadının 20 milyonluq villası və…
Tarix: 24-01-2016 19:22 | Bölmə: Slayd

Virtualaz.org saytı Azərbaycanın neft pullarının necə talanmasına dair sensasiyalı akt açıqlayıb.

Saytın yazdığına görə, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır.

Sayt iddia edir ki, türkiyəli jurnalistlərə yüksək vəzifəli azərbaycanlı məmuru ifşa edən bu dosyeni onun kompanyonları sızdırıblar.

Sayt daha sonra yazır:

"Belə görünür ki, həmin azərbaycanlı məmur türkiyəli podratçılar qarşısındaöz öhdəliklərini yerinə yetirməyib, beləliklə də,onlar həmin zəngin və nüfuzlu məmurdan qisas almaq qərarına gəliblər.

Lakin bu məsələdə bizi türklərin motivi qətiyyən maraqlandırmır. Bizi heyrətə salan Azərbaycanın pullarının necə talan edilməsini və həmin məmurun korrupsioner fəaliyyətiniəks etdirən təkzibedilməz faktlardır.

Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison vəKaren Meri Morrison adlı şəxslərdən satın alıb.

Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiyamızın sərəncamında Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nəğd pulu necə ödədiyinədair videokadrlar və fotolar var.

Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?

Vətəndaş K.Mehdiyeva Salyan rayonunda anadan olub, işləmir. Əvəzindəonun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri dövlət neft şirkəti - SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.

Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənayeİnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətləvarlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizəedirlər. SOCAR sistemindətikintilər üzrə bütün podrat işlərinəQiymət Mehdiyev məsuldur. Əlbəttə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçəmin manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder Uorren Baffet kimilərinin gücü çatardı.

Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun "sağ əli”dir. M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemindəfaktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlhamƏliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərəalaraq hüquq mühafizəorqanları, ilk növbədə Baş prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir!

Dövlət büdcəsini talayırlar, vəsaitləri mənimsəyirlər və Bodrumda yüzlərləsot torpaq sahəsinə, 16 villaya yatırırlar. İnanın ki, bu hələMikayıl İsmayılov-Qiymət Mehdiyev duetinin korrupsioner fəaliyyətinədair ilk faktdır. Türkiyəli həmkarlarımız bizə SOCAR sistemindəki dəhşətli korrupsiyanın izinə düşməyə kömək edən yeni faktlar verəcəklərini vəd ediblər. Biz isə hələlik Qiymət Mehdiyevin və onun şefi Mikayıl İsmayılovun reaksiyasını gözləyirik...”.





Bölməyə aid digər xəbərlər