16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İran prezidentindən rədd cavabı: “ABŞ-la birbaşa danışıqlar təklifinə “yox” deyirik”
Tarix: 03-09-2019 12:32 | Bölmə: Slayd
İran prezidentindən rədd cavabı: “ABŞ-la birbaşa danışıqlar təklifinə “yox” deyirik”

Sentyabrın 3-də prezident Həsən Ruhani ABŞ-la hər hansı ikitərəfli danışıqların aparılmasını rədd edib. O, İranın nüvə sazişinə dair öhdəliklərini daha da azaldacağı ilə hədələyib.

Reyting.az
“AFP”-yə istinadla xəbər verir ki, İran prezidenti parlamentə müraciətində ABŞ-la dialoqun 2015-ci ildə Tehranla nüvə sazişinə razılıq verən böyük güclər qrupu çərçivəsində aparılmalı olduğunu bildirib.

Həsən Ruhani, eyni zamanda, Cümə axşamı günü Avropa ölkələri ilə hazırkı danışıqlar nəticə verməyəcəyi təqdirdə, İranın "yaxın günlərdə" razılaşma qarşısında götürdüyü öhdəlikləri daha da azaltmağa hazır olduğunu deyib.

İran prezidenti deyib: "Bəlkə bir anlaşılmazlıq olub. Bunu bir neçə dəfə söylədik və təkrar etdik: ABŞ-la ikitərəfli danışıqlar aparmaq qərarı verilməyib. Prinsipcə, ABŞ ilə ikitərəfli danışıqların olmasını istəmirik. ABŞ bütün sanksiyaları ləğv edərsə, əvvəllər olduğu kimi, 5 + 1 görüşləri zamanı onlarla danışmaq olardı”.

Ruhani əlavə edib: "Bir neçə dəfə ABŞ-la danışıqlar aparmaq təklifi aldıq və cavabımız həmişə mənfi olub”.

O, Avropa dövlətlərinin danışıqlar zamanı verdiyi vədləri yerinə yetirməməsindən təəssüfləndiyini bildirib: “Cümə axşamı günü bu danışıqlar nəticə verməsə, öhdəliklərimizin azaldılmasının üçüncü addımını elan edəcəyik. Təəssüf ki, ABŞ-ın xəyanətindən sonra avropalılar öhdəliklərinə əməl etmədilər və ya edə bilmədilər. Amma üçüncü addımdan sonra da danışıqları davam etdirə bilərik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}