Nazir müavini iqtisadi imperiya qurub - “123”-lər kolleksiyası da bu ailəyə məxsusdur +Fotolar
Tarix: 28-07-2016 14:28 | Bölmə: Slayd


İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvanda yerləşən "Araz” zavodunda baş vermiş partlayış ölkə gündəminin əsas mövzularından biridir. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, çoxlu sayda yaralananlar var. Dövlətə külli miqdarda maddi ziyan dəyməsinə də şübhə yoxdur.

Baş verən bu hadisənin fonunda Azpolitiko.info saytı maraqlı araşdırma aparıb.

Reyting.az saytı xəbər verir ki, araşdırmada xeyli diqqətçəkən və maraqlı faktlar mövcuddur.

Adıçəkilən araşdırmada müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və onun oğlu Elvin Musayevin dəyəri 100 min dollarlarıaşan avtomobillərlə necə sahib olmalarına və ata-balanın biznesi haqqında ilginc məqamlara toxunulur.

Qeyd edilir ki, nazir müavini Yəhya Musayevin oğlu Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarını "123”-lə bitir, hətta bu siyahıya onun 100 min dollara aldığı telefon nömrəsi də əlavə edilir.

Onu da qeyd edək ki, Elvin Musayev "facebook” hesabını da (profil URL) "elvin 123″ kimi qeydiyyata aldırıb. Və burada özünün müxtəlif ölkələrdə çəkilmiş çoxsaylı şəkillərini yerləşdirib.


Məlumatda diqqətçəkən məqamlardan biri də, Musayevlərin nazirlikdən qazandığı pulların bir hissəsi ilə böyük ailə bisnesi qurmalarıdır.Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış "RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir.

Məlumata görə, "RETEMS GROUP”un tərkibində qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri var.


Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən "RETEMS GROUP”un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir.

"RETEMS GROUP”un rəsmi saytındakı məlumatlara əsasən, onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçülür (http://retemsgroup.com/ru/contact/).

Bundan əlavə, Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğu bildirilir. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynı həyata keçirir. 









Bölməyə aid digər xəbərlər