07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Nikolay Patruşev Ramil Usubovla görüşüb
Tarix: 04-09-2019 12:36 | Bölmə: Slayd
Nikolay Patruşev Ramil Usubovla görüşüb

Bakıda Azərbaycanla Rusiya arasında təhlükəsizlik üzrə məsləhətləşmələr keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə məsləhətləşmələrin Rusiya və Azərbaycan Təhlükəsizlik şuralarının katibləri Nikolay Patruşev və Ramil Usubov tərəfindən keçirildiyi bildirilib.

Görüşdə N. Patruşev R. Usubovu yeni vəzifəyə seçilməsi münaisbəti ilə təbrik edib. O, Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik şuraları aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti vasitəsi ilə sıx əlaqələrin davam edəcəyinə əminliyini vurğulayıb.

Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın tempinin yüksək olduğunu qeyd edərək Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin və hərbi-texniki əməkdaşlığın gələcək inkişafının reallaşdırılmasının vacibliyini bildirib.

R. Usubovla N. Patruşov arasında keçirilən danışıqlarda terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, o cümlədən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}