SOCAR-ın əməkdaşı böyük korrupsiya qalmaqalına aydınlıq gətirdi
Tarix: 25-01-2016 17:40 | Bölmə: Slayd

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini, adı böyük korrupsiyada hallanan Qiymət Mehdiyevin həyat yoldaşının Türkiyədə 20 milyon dollara 16 villa və hektarlarla torpaq sahəsı alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.

SOCAR-dan verilən məlumata görə, araşdırmaların nəticəsi barədə ictimaiyyət məlumat veriləcək.

SOCAR-la bərabər Q.Mihhdiyev də barəsində yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

O,ANS-dəki bəyanatında bunları deyib:

"Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa alması haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer-dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış böhtan xarakterli məlumatların bizim konsitutsion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım da, həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyatı olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsinədir (təqribən 60 min ABŞ dollar civarında).

Eyni zamanda qeyd etməliyəm ki, müxtyəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yalnız təssəvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".

Q.Mehdiyev qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olşunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdır.





Bölməyə aid digər xəbərlər