18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Təhsil Nazirliyinin keçirdiyi seçki narazılığa səbəb olub - İttiham
Tarix: 06-09-2019 16:12 | Bölmə: Slayd

Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıq yaranıb. Sosial şəbəkələrdəki müzakirələrdə seçkilərin şəffaf keçirilməsi şübhə altına alınıb.
Reyting.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov “BakuPost”a deyib ki, seçki formal xarakter daşıyıb və Təhsil Nazirliyini saxtakarlıq edib.
“Əgər həqiqətən Təhsil Nazirliyi yaratdıqları İctimai Şurada keyfiyyət axtarışında olsaydı, özləri ictimaiyyət tərəfindən müsbət qəbul edilən şəxsləri də dəvət edərdilər. Hər şey və hər kəs bir yana, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin qeydə alınmaması əslində, Təhsil Nazirliyi yanında İctimai Şura haqqında təsəvvür ortaya qoyur. Belə qurum və şəxslər çoxdur”,- deyə ekspert bildirib.
İctimai Şuraya üzv seçilən təhsil eksperti Etibar Əliyev isə seçkinin formal və saxtakarlıqla keçdiyi barədə iddialarla razılaşmır. E. Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu iddiaların əsası yoxdur. “Başa düşmürəm ki, hansı saxtakarlıqdan söhbət gedir. 41 nəfər 34 namizəddən 11-ni Şuraya üzv seçib. 41 nəfər seçki üçün çox kiçik rəqəmdir. Burada necə saxtakarlıq ola bilər axı?
Siyahıya baxsanız görərsiniz ki, Şuraya üzv seçilən şəxslər cəmiyyətdə, təhsil sahəsində kifayət qədər tanınmış adamlardır. Şahlar Əsgərovu, Asif Cahangirovu, Elmina Kazımzadəni, İqar Orucovu, Ülviyyə Mikayılovanı nümunə göstərə bilərəm. Hələ özümü demirəm. Hər halda təhsil sahəsi ilə bağlı azı 11 kitabın müəllifiyəm, hər həftə mətbuatda məqalələrim dərc olunur və s. Burada təsadüfi adamlar yoxdur.
Bir məqamı da deyim. Yazırlar ki, filankəsləri Şurada görmək istərdik. Axı həmin şəxslər namizədliklərini irəli sürməyiblər. Şura kiminsə şəxsi istəkləri ilə formalaşmır. Gərək namizəliyini verəsən və səs toplayıb seçiləsən. Kimsə bu seçkidə iştirak etməyibsə, bu, onun problemidir. Şəxsən mən Kamran Əsədov kimi bir ekspertin Şurada təmsil olunmasını istəyirdim. Amma o, namizədliyini vermədi”,- deyə ekspert bildirib.
Etibar Əliyev seçicilər və namizədlərin müəyyənləşdirilməsi prosesinə də aydınlıq gətirib: “Burada hər hansı qeyri-şəffalıqdan söhbət gedə bilməz. Çünki Təhsil Nazirliyi seçkilə bağlı kifayət qədər təbliğat aparmışdı. Bu kampaniyada təbii ki, seçicilər və namizədlər barədə də məlumatlandırma işi aparılırdı.
Seçicilər də tanınırdı, namizədlər də. Seçki komissiyalarında da kifayət qədər tanınmış şəxslər təmsil olunurdu. Namizədlərin müəyyənləşdirilməsi “o olsun, bu olmasın” prinsipi ilə həyata keçirilməyib. Burada Təhsil Nazirliyinə müraciət edənlərlə bağlı hərtərəfli araşdırma aparılıb. Bu spesifik sahədir və namizədlər təhsil və elm sahəsində biliyə malik olmalıdırlar”.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında keçirilib.
Səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər.
Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər