2015-ci ildə edam sayı rekord hədə çatıb – Siyahı
Tarix: 30-07-2016 13:58 | Bölmə: Slayd

 

15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədə edam cəzasının bərpa edilməsi gündəmdədir.

Reyting.az xəbər verir ki, hazırda dünyanın 102 ölkəsində bu cəza növü ləğv edilib.

Beynəlxalq Əfv Təşkilatının (International Amnesty) məlumatına görə, 1989-cu ildən bu yana 2015-ci il edam cəzasının ən çox icra olunduğu müddətdir.

Ötən 365 gündə İranda 977, Pakistanda 326, Səudiyyə Ərəbistanında 158, Somalidə 50, Misirdə 22, İraqda 26 adam edam olunub. Siyahıda ABŞ-nin də adı var – 28 edam.






Bölməyə aid digər xəbərlər