











Tarix: 25-01-2016 19:28 | Bölmə: Slayd
ANS televiziyasında dünən axşam efirə gedən "Hesabat" verlişində proqramın müəllifi Mirşahin son günlər gərginləşən ANS-MTRŞ qarşıdurmasının səbəblərinə qismən aydınlıq gətirib.
Reyting.az saytı Mirşahinin hakimiyyətdaxili proseslərlə bağlı ciddi eyhamlarının yer aldığı "Hesabat"dakı həmin çıxışının anspress.com vasitəsiylə yayımlanan variantını təqdim edirik:
Bugünkü "Hesabat"da, yəni bağlanması barədə MTRŞ-nın qərar çıxardığı "Hesabat"da Azərbaycanın maliyyə naziri Samir Şərifovun müsahibəsi olmalıydı. Özü də çox mühüm və hər birimizin həyatına sirayət edən sualların cavablarından ibarət böyük müsahibə. İlk müəmmalı sualım elə özümüzə bu olacaq:
Kim istəmirdi ki, bu müsahibə efirə
getsin? Bu iki gündə kifayət qədər vaxtım oldu və apardığım təhlillər
nəticəsində belə qərara gəldim ki, bu faktın bir daş altı, bir daş üstü
maraqları var. "Hesabat”ı bağlamaqda məqsəd təkcə əhalini nazirin
müsahibəsinə qulaq asıb sakitləşmək şansından məhrum etmək deyildi.
Görünür, bu müsahibənin efirə getməsini həm də ona görə arzulamırdılar ki,
devalvasiyadan sonra çoxlu suallarla üz-üzə qalan insanlar bu sualların
cavabını tapandan sonra sakitləşəcək və xeyli rahat olacaqdılar. Əlbəttə, biz
bu müsahibəni efirə verəcəyik. Elə bu gün. Amma müsahibədən əvvəl mən yaranmış
vəziyyət barədə bəzi fikirlərimi paylaşmaq istəyirəm.
Milli Televiziya və Radio Şurası ANS-in "Hesabat” verilişini bağlamaq
barədə qərar çıxardı, rəsmi səbəbin nə olmasını qətiyyən ciddiyə almadan
deməliyəm ki, bu qərar qurumun ANS-ə münasibətinin birtərəfli olması ilə bağlı
idi. Və biz də elə bunu deyirdik. Deyirdik ki, MTRŞ ANS-ə qərəzli yanaşır.
Özünü tənqiddən yuxarıda qoyur, toxunulmazlığa iddia edir.Bu isə
dövlət başçısının ictimai nəzarət, şəffaflıq tələblərinə, baş vermiş nöqsanlar
barədə birbaşa ona məlumat çatdırılması barədə əmrlərinə kökündən
ziddir...
Biz göstərmişik, göstəririk və göstərəcəyik. Olduğu kimi. Ona görə ki, son
hadisə zamanı dövlətin dostu və düşməninin kim olduğunu bir daha gördük. Elə
burdaca prezident İlham Əliyevə- demokratiya və azad fikrə növbəti dəfə
verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk.
Vahid Mustafayevinaçıqlamasında deyildiyi kimi, "həmişə azad söz və
mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş
verən hadisə barədə xaricdə səfərdə olmasına baxmayaraq məlumat alandan,
vəziyyəti dəqiqləşdirəndən sonra lazımi qurumlara ANS TV-nin "Hesabat” proqramının
yayımı ilə bağlı qoyulan qadağanın dayandırılması ilə bağlı göstəriş verdi”.
Çox sağ olsun! Bir daha təşəkkürümüzü bildiririk.
Bəs, niyə ANS-lə belə rəftar edilir? Nə baş verir? Axı hər şey göz
qabağındadır. Biz öz işimizi görürük.Seçki prosesini yüksək peşəkarlıqla
işıqlandırdığımıza görə Mərkəzi Seçki Komissiyasından,Nardaranda qanun
böhranının aradan qaldırılması zamanı gördüyümüz informasiya işinə görə daxili
işlər orqanlarından, "Günəşli” yatağındakı fəlakətlə bağlı çevik
informasiya fəaliyyətinə görə SOCAR-dan və itki sahiblərindən daxil olan
minnətdarlıq müraciətləri almışıq.
Devalvasiyadan sonra Maliyyə Nazirliyi və Mərkəzi Bankrəhbərləri ilə
birlikdə apardığımız geniş informasiya və təşviqat işi elə bu qurumların
rəhbərləri səviyyəsində təqdir olundu və eləcə də hər gün ANS-ə sadə
vətəndaşlardan gələn zənglərdə insanlar onlara verdiyimiz dolğun məlumat üçün
minnətdarlıq ifadə edirlər. Və xüsusi olaraq bəyan edirəm ki, bütün bunları ANS
heç kimin tövsiyəsi, tapşırığı və ya istiqamətvericiliyi ilə etməyib.
Biz informasiya siyasətimizi özümüz müəyyənləşdirmişik və həyata
keçirimişik.Əksinə, bəzən yuxarıdan gələn tövsiyələri icra
etməmişik və nə yaxşı ki, icra etməmişik, çünki sonradan dövlət başçsının
çıxışları və əlaqələrimizdən də görmüşük ki, onun tələbi və arzusu bizə
çatdırılan tərzdə deyil, tam başqadır. Amma çatdıranları da günahlandırmamışıq,
ona görə ki, onların ağlı elə o qədərdir. Başa düşmək qabiliyyətləri də...
***
... Bir daha təkrar edirəm: hər şey göz
qabağındadır. Bəs onda səbəb nədir? Bəlkə səbəb elə budur. Hər şeyin göz
qabağında olması.Bəs kim hər şeyin göz qabağında olmasını istəmir. Biz
elə doğrunu dediyimiz, hər şeyi açıb göstərdiyim üçün kiməsə mane oluruq
bəlkə?! Bəs o "kim", kimdir axı?
Bizi öz suallarımıza görə cəzalandırmaq hansı ağıllının ağlına gələ bilərdi
axı? Axı biz nə istəmişik?Soruşmuşuq ki, MTRŞ prezidentin
ayırdığı 12 milyon manata qədər vəsaiti hara və konkret olaraq, hansı ad və
soyadlara istiqamətləndirib. Burada nə qəbahət, nə cinayət var? Bu gün
də soruşuruq, əslində bunu MTRŞ bütün sivil ölkələrdə olduğu kimi, adi
statistik məlumat kimi öz saytında çoxdan yerləşdirməliydi. Özünün mötəbər
heyətinin tərcümeyi-halı kimi. Hər şərdə bir xeyir var deyilblər. Yaxşı ki, son
hadisə baş verdi.
Bu çiban
partlamalıydı və partladı. Azərbaycanın sağlam və xəstə qüvvələrinin sərhədləri
bəlli oldu.
Biz dürüst gördük ki, Azərbaycanın sağlam gələcəyini istəyənlər və
istəməyənlər kimdir.Xalqımızın potensialı böyükdür. Hər şey yaxşılığa
doğrudur. Elə bil,neftin də qiyməti bu sağlam ovqata dəstək
olaraq qalxır.Amma Azərbaycanda müstəqilliyimizi qorumaq, inkişaf
etdirmək yalnız əmin-amanlıq şəraitində ola bilər. Bəlkə,
"Hesabat”ın bağlanmasının bir səbəbi də bu idi?
Azərbycanda narazılıq, qarışıqlıq yaratmaq, vəziyyəti gərginləşdirmək,
camaatı küçələrə çıxarmaq istəyənlərin qarşısını almaq üçün atdığımız addımlar,
verdiymiz məlumatlarla onu sakitləşdirmək kiminsə xoşuna
gəlmir,bəlkə? Bəlkə, kiminsə bu dağıdıcılığa xərclənən milyonları
batır? Bir sözlə, yaxşı oldu ki, belə oldu. "Hesabat”ın bağlanması
qərarıyla başqa hesabatların tələb olunması zərurəti yarandı.
Öz qulluq mövqeyindən sui-istifadə edərək mənəviyyat "qekaçepe"çiliyi
yaradan bir qutu məmur dövlət başçısının sağlam məntiqi və həqiqətə söykənən
iradəsi ilə toqquşdu və bu qeyri-bərabər döyüşdə, təbii ki, dövlət və dövlət
başçısı qalib gəldi…Oyun qurtardı.
Bu gün Azərbaycan dövlətinin gələcəyi başqa yanaşma, novatorluq tələb edir.Prezident
savadsız, müasir dövrün idarəçilik üslubundan 100 illik ucqarda yerləşən, geri
və köhnə qalmışlarla son və qəti mübarizəyə girib. Və bütün sağlam qüvvələr bu
mübarizədə pezidentin yanındadır.
Biz dövlətimizə ayıb gətirən heç bir işdə yoxuq, olmayacağıq da. Təsəvvür
edirsiniz, ANS dünyanın 72 televiziyasını özündə birləşdirən ENEX-in üzvüdür və
ağzıgöyçəklərin nəzarətinə çatdırmaq istəyirdik ki, belə nüfuzlu təşkilata
yalnız şəffaf mühasibatlığa malik olan qurumları qəbul edirlər.
Və bu 3-4 gündə bu quruma daxil olan nüfuzlu informasiya təşkilatlarını
inandırmaqla məşğulduq ki, MTRŞ-nın "Hesabat”ı bağlamaq qərarı dövlətin
rəsmi mövqeyi deyil, bir ovuc məmurun öz fəaliyyətinin nəticəsidir və Prezident
heç vaxt demokratiyanın boğulmasına yol verməz.
Bölməyə aid digər xəbərlər