Ərdoğandan xəbərdarlıq: Azərbaycanda dövlət çevrilişi təhlükəsi var
Tarix: 01-08-2016 14:54 | Bölmə: Slayd

 


"FETÖ-nün Azərbaycanda da çevrilişə cəhd etmək potensialı mövcuddur”.

Türkiyə KİV-lərinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Ərdoğan Fətullah Gülənə qarşı mübarizədə dünyadakı bütün dövlətlərin birlikdə mübarizə aparmalı olduğunu və bu prosesə ciddi şəkildə başlamağın vacibliyini söyləyib.

"Star” qəzetinin yaydığı məlumata görə, mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olmasını vurğulayıb.

"Örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potensialı var.

Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək”,- deyə Ərdoğan bildirib.

Ərdoğan Türkiyəni ələ keçirmək istəyən fətullahçıların məktəblər açdığı ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsini mümkün hesab edib.(Modern.az)


 





Bölməyə aid digər xəbərlər