Əli Kərimli ilə İlqar Məmmədov üz-üzə gələcək: boykot məsələsi müzakirəyə çıxarılır
Tarix: 12-09-2019 13:22 | Bölmə: Slayd
Əli Kərimli ilə İlqar Məmmədov üz-üzə gələcək: boykot məsələsi müzakirəyə çıxarılır

"Avqustun 19-da “Azadlıq” radiosunun jurnalistləri mənə müraciət edərək AXCP sədri Əli Kərimli ilə debata çağırdılar".

Reyting.az
xəbər verir ki, bunu ReAL Partiyasının sədri İlqar Məmmədov deyib:

"Debata razılıq verdim. Dedim ki, əgər mövzu jurnalistin dediyi kimi, “boykot, yoxsa seçki”dirsə, onda AXCP boykot qərarını verən kimi, bu debata qatılacam, çünki başqa elə bir mübahisəli mövzu yoxdur. Məsələ o nöqtədə qalmışdı, bir xəbər gəlmədi”.

ReAL-ın rəhəri bildirib ki, publisist-tənqidçi Xədicə İsmayılova da bu debatda moderatorluq təşəbbüsü ilə çıxış edib: “Xədicə İsmayılova cəmi iki gün əvvəl aşağılayıcı səbəb gətirərək mənimlə maraqlanmadığını bildirsə də, debata dəvəti qəbul edirəm. Mövzuları gözləyirəm".

Qeyd edək ki, X. İsmayılova sosial şəbəkədə İ. Məmmədovla Ə. Kərimliyə debat təklifinə müsbət cavab verdikləri üçün təşəkkür edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər