











Tarix: 02-08-2016 15:19 | Bölmə: Slayd
Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq vəəməliyyat-axtarış tədbirləri nəticəsindəYasamal rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.
Belə ki, iyulun 27-də saat 11 radələrində Yalçın Ramazanov tanışı Nəzrin Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncunun analığı Tatyana Alimovanın yaşadığı Yasamal rayonunda yerləşən mənzilindən qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə, özünü Qaz İstismarı İdarəsinin əməkdaşı kimi təqdim etməklə mənzilə qanunsuz daxil olaraq, hücuma məruz qalmış Tatyana Alimovanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, sonuncunun əllərini və boğazını yapışqan lentlə bağlayıb yumruqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə evdə olan qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.
Faktla bağlıYasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində Yalçın Ramazanov və Nəzrin Əliyeva cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Reyting.az
Bölməyə aid digər xəbərlər