Baş nazir Artur Rasizadə QSC-də dəyişiklik etdi - Qərar
Tarix: 04-08-2016 11:24 | Bölmə: Slayd


Baş nazir Artur Rasizadə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə 24 yanvar 2014-cü il tarixli qərarınında dəyişiklik edib.

Dəyişikliyə əsasən, QSC-nin nizamnamə kapitalı 14,77% və ya 56 milyon 630 min 377 manat artırılıb.

QSC-nin nizamnamə kapitalı 440 milyon 50 min 998 manata, səhmlərin sayı 440 milyon 50 min 998-ə çatdırılıb.

Qeyd edək ki, indiyənə qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin kapitalı hər birinin nominal dəyəri bir manat olan 383 milyon 420 min 621 səhm əsasında formalaşmışdı.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər