İran və Rusiya Ərdoğanın köməyinə gəlir - Açıqlama
Tarix: 11-08-2016 18:35 | Bölmə: Slayd


İran XİN rəhbərinin müavini İbrahim Rəhimpur Bakıdakı zirvə görüşünün məqsədlərindən birini açıqlayıb.

Reyting.az xəbər verir ki, İ.Rəhimpur deyib: "İran Rusiya ilə birlikdə Ərdoğana regional məsələlər, o cümlədən İraq və Suriya məsələsində düzgün qərar çıxara bilməsi üçün yardım etmək istəyir. Məncə, həm Ruhani, həm də Putin Ərdoğana dəstək verməyə hazırdır".

İran rəsmisi Türkiyə prezidentinə göstəriləcək köməyin tövsiyə formasında olacağını açıqlayıb. İ.Rəhimpur əlavə edib ki, bu əlaqələr gələcəkdə strateji hal alacaq.

 





Bölməyə aid digər xəbərlər