Nazir: "Qaçan diplomat və hərbi attaşelər ölkəyə qaytarılacaq"
Tarix: 11-08-2016 19:05 | Bölmə: Slayd


Yunanıstandakı iki hərbi attaşe - polkovnik Halis Tunc və polkovnik İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıblar.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir deyib ki, qaçan diplomatlar avqustun 6-da Yunanıstana keçiblər:

"Onlar avqustun 6-da ailələri ilə birlikdə xüsusi maşınlarla qayıqlara minərək İtaliyaya doğru hərəkət ediblər. Bunu Yunanıstan rəsmiləri də təsdiqləyiblər. Tuncun qardaşı Hollandiyada yaşayır. Bu iki xaini Türkiyəyə gətirmək istiqamətində çalışırıq”.

Çavuşoğlu Əfqanıstandan və Banqladeşdən qaçan diplomatların da getdikləri ölkələrin adlarını açıqlayıb:

"Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi. Əfqanıstandakı iki general-mayor Dubaya gedib.

Birləşmiş Ərəb Əmirlikləri də onları xüsusi təyyarə ilə Türkiyəyə təhvil verib”.

Nazir diplomatlardan da qaçanların olduğunu bildirib: "Banqladeşdəki iki diplomatımız Nyu-Yorka qaçıb”.

Xatırladaq ki, İlhan Yaşıtlı Türkiyə Silahlı Qüvvələrinin, Halis Tunc isə Hərbi Dəniz Qüvvələrinin attaşesidir. Onlarailələri ilə birlikdə Yunanıstandan qaçıblar.

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğvini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.


 





Bölməyə aid digər xəbərlər