Ərdoğan BMT-də Qarabağdan danışıb, dünyaya mesaj verdi: "Bu, qəbulolunmazdır" - Video
Tarix: 24-09-2019 22:00 | Bölmə: Slayd
Ərdoğan BMT-də Qarabağdan danışıb, dünyaya mesaj verdi: "Bu, qəbulolunmazdır"

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.

Reyting.az
xəbər verir ki, bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Azərbaycan torpağı olan Yuxarı Qarabağ və ətrafının BMT tərəfindən alınmış qərara nəzərən, hələ də işğal altında qalması qəbuledilməzdir”, - deyə Prezident vurğulayıb.

O, qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasına çıxarılmalıdır.

Ərdoğan Kəşmirdə, Yeni Zelendiyada, Yaxın Şərqdə, o cümlədən Fələstində baş verənlərə də dqiqqəti çəkib, BMT-nin sərt üslubla tənqid edib.



Reyting.az




Bölməyə aid digər xəbərlər