Quşçuluq fabrikinin işçiləri tətilə başladı
Tarix: 12-08-2016 14:38 | Bölmə: Slayd


Dünəndən etibarən "Syəzən Broyler” ASC quşçuluq fabrikinin bir qrup işçisi tətilə başlayıb.

Reyting.az-ın xəbərinə görə, bu barədə "Basta”ya yerli sakinlərdən biri məlumat verib.

"Tətilçilər əmək haqlarının artırılmasını, maaşlarının vaxtında verilməsini, iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər. Tətilə görə "Siyəzən Broyler”in kəsim sexi dünəndən işləmir”.

Məlumata görə, fabrik rəhbərliyi bu haqda xəbəri gizli saxlamağa, tətilçiləri hədə-qorxu və yalan vədlərlə geri çəkilməyə məcbur etmək istəyir.

 





Bölməyə aid digər xəbərlər