Müsavat başqanı postuna namizədlərə təzyiqlər başlayıb
Tarix: 04-10-2019 22:23 | Bölmə: Slayd
Müsavat başqanı postuna namizədlərə təzyiqlər başlayıb

Müsavat Partiyasının başqanı postuna namizədlər regionlarda seçkiqabağı görüşlər zamanı təzyiqlərə məruz qalırlar.

Reyting.az
Turan-a istinadla xəbər verir ki, oktyabrın 3-də Xaçmaz rayonunun sakinləri İlyas Yasinov, Ramazan Əliyev və Söhrab Əmrahov Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşdə iştirak etdikdən sonra yerli polis şöbəsinə çağırılıblar. Polisdə onlara müxalifətlə əlaqədə olmamağı, problem yaşamamaq üçün ondan uzaq durmağı tövsiyə ediblər.

Müsavat Partiyası başqanlığına digər namizədlər Yadigar Sadıqlı və Tofiq Yaqublunu Qəbələ rayonuna buraxmayıblar.

Tofiq Yaqublu Facebook səhifəsində yazıb ki, Qəbələnin polisləri, o cümlədən rəis müavini və cinayət axtarış şöbəsinin rəisi onu Yadigar Sadıqlı ilə birgə polisə aparılar: “Xeyli çək-çevirdən sonra bizi həbs etməkdən daşındılar, sadəcə, rayon ərazisindən çıxardılar".

Müsavat Partiyası öz bəyanatında polisin hərəkətini pisləyib.

"Müsavat Partiyasının demokratik prinsiplər əsasında qurultay təşkil etməsi hakimiyyəti narahat edib. Xüsusən rayonlarda vətəndaşların bir yerə toplaşmasından, siyasi müzakirələr aparmasından narahat olan repressiv rejim Müsavat Partiyasının başqanlığına namizədlərin qurultay nümayəndələri ilə görüşlərinə əngəllər yaradır", - bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirəcək. Partiyanın başqnı postuna üç namizəd var: Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}