Rasim Musabəyov: “Türkiyə çox çətin qərar vermək məcburiyyətində qalıb”
Tarix: 07-10-2019 14:49 | Bölmə: Slayd
Rasim Musabəyov: “Türkiyə çox çətin qərar vermək məcburiyyətində qalıb”

“Türkiyə açıq deyir ki, öz sərhədləri yaxınlığında mövqe tutan və Türkiyəyə faktiki təhlükə yaradan terrorçuların fəallaşmasına heç bir halda imkan verməyəcək. Amma Türkiyə dövlətinin bunun üçün müharibəyə başlayacağı və ya məhdud səviyyədə anti-terror əməliyyatları keçirəcəyini indidən demək çətindir. Hər halda türk diplomatiyası və hərbi strukturları arasında fəallıq müşahidə olunur”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyov Türkiyənin Fərat çayının şərq sahillərində mövqe tutan YPG/PKK terror təşkilatına qarşı gözlənilən hərbi əməliyyatı şərh edərkən deyib.

Musabəyov əlavə edib ki, Amerika ilkin dövrdə susqunluq nümayiş etdirsə də, əslində özünü istədiyi kimi aparır: “Çox təəssüf ki, ABŞ-ın yaratdığı vəziyyət onun yaxın müttəfiqlərindən biri olan Türkiyəni terrorçulara qarşı təkbaşına hərbi əməliyyat aparmaq məcburiyyətində qoyub. İşin digər tərəfi odur ki, sərhəddin o tərəfində Türkiyəyə qarşı təhdid yaradan bu terror təşkilatlarını silahlandıran və gücləndirən də Amerikadır”.

R. Musabəyov hesab edir ki, ABŞ prezidenti Donald Trampın ipinə odun yığımaq mümkün deyil:

“Tramp bu gün bir söz deyir, sabah başqa söz söyləyir. Başqa sözlə, bu gün dediyini sabah danır. Bu mənada Türkiyə çox çətin qərar vermək məcburiyyətində qalıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər