











Tarix: 17-08-2016 12:15 | Bölmə: Slayd
Tarif Şurası dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Reyting.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən açıqlamada bildirilir ki, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75 faizi) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır.
Digər 2503 dərman vasitəsinin (25 faizinin) təsdiq edilmiş qiymətləri isə cari il sentyabr ayının 1-dən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.
Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilən dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil.
Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında yerləşdirilib. (http://tariff.gov.az/documents/DVA.pdf)
Bölməyə aid digər xəbərlər