21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Putini cadu-pitidən qoruyan və bəsirətlərini paylaşan qoca – “Kremlin ağsaqqalı” - Fotolar
Tarix: 12-10-2019 16:32 | Bölmə: Slayd

Oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin cəmiyyətdə az tanınan, amma siyasi çevrələrdə geniş şöhrət sahibi olan bir keşişi ordenlə mükafatlandırıb.
O kimdir?
Rusiyaya hansı xidmətləri göstərib?
Reyting.az rus mediasına istinadla “Kremlin ağsaqqalı” kimi tanınan pravoslav ruhani ilə bağlı araşdırma aparıb.
...2010-cu ilin aprel ayında boz saçlı, qozbel, abid qoca İlya (Nozdrin) Anatoli Brovko adlı pərəstişkarı ilə görüşdü. İkisinin də həyatında mühüm dəyişikliklər baş vermişdi. İlya Rus Pravoslav Kilsəsinin patriarxının hökmü ilə bir il əvvəl skiarximandrit dərəcəsinə yüksəldilmişdi. Brovko isə bir neçə ay əvvəl Volqoqrad vilayətinin qubernatoru olmuşdu.
Məmur görüşdən məmnun qaldı. Brovko öz bloqunda yaşlı insanı belə təsvir etdi: "O, bəsirət sahibi olan heyrətamiz bir insandır".
Daha sonra qubernator bir dostuna deyib ki, İlyanın bəsirətindən istifadə edərək, Brovko hətta ikinci müddətə qubernator təyin olunacaq.
Brovko siyasi gələcəyinin aqibətini bilmək istəmiş yeganə məmur deyil. Rusiyada bir çox məmurun şəxsi falçısı, bəsirətçisi var.

Bunu bir məmur deyir: “Onlar daimi dəhşətli qorxu içində yaşadıqları üçün tez-tez bəsirətçi qocaların yanına gedirlər. Adətən, suallar bu olur: bundan sonra nə olacaq? Vəzifələrini və mövqelərini itirəcəklərmi? Mülkiyyətləri əllərindən alınacaq, ya yox?.."
Moskva ətrafındakı Peredelkinoda İlyanın qəbuluna düşmək üçün hər gün uzun bir növbə yaranır. Onun yanına məsləhət, öyüd-nəsibət və gələcəyini bilmək üçün daha kimlər gəlmir?
İxtiyarına şəxsi cangüdən və “Land Rover” maşını verilmiş, rus patriarxı Kirillin ustadı olan qoca cinçıxarmadan tutmuş vəzifə təyinatına dair bəsirətlərə qədər qabiliyyətləri ilə şöhrət dənizində üzür.
Onu görmək üçün növbəyə duranlar arasında Brovkodan başqa, Kaluqa qubernatoru Anatoli Artamonov, Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və Federal Dairə üzrə müavin Vadim Potomskini görənlər olub. Təhlükəsizlik işçiləri də qocanın yanına gedirlər. Şahidlər deyir ki, hətta bir dəfə abid İlyanın yanına 40 general gəlib.
Bir neçə il əvvəl İlyanın maşını Kremlin köhnə meydanında dayanıb və yaşlı adam Prezident Administrasiyasının binasına üz tutub. Orada administrasiya rəhbəri Sergey İvanov (indi prezidentin xüsusi elçisi) və onun birinci müavini Vyaçeslav Volodin (Dövlət Dumasının spikeri) ilə görüşüb.
Bunu görənlər var.
2013-cü ilin sonunda zahid qocanın xanəgahına prezidentin artıq sabiq müşaviri Sergey Qlazyev bir neçə başqa siyasətçi ilə birlikdə təşrif gətirib. Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviç isə Ukrayna ilə Avropa Birliyi arasında assosiasiya sazişi imzalamaq planlarından narahat olarkən, İlya atanı Kiyevə gətirmək üçün xüsusi təyyarə reysi təşkil etməyi təklif edib.
Ahıl adamın Dmitri Medvedevi bəyənmədiyi deyilir. İntəhası dodağından qopmuş “Putin – Tanrının lütfüdür” kəlməsi dildən-dilə dolaşır.
Vladimir Putinin dindarlığı bəllidir. Kilsə mərasimlərində, xüsusilə əlamətdar günlərdə te-tez görünür.
Rusiya prezidentinin pravoslav bəsirətçilərinə bağlılığı və onların sehri altında olması tarixçəsi, yəqin ki, 2000-ci ilin avqustundan başlayır. O zamanlar Pskov-Peçorsk monastrında 90 yaşlı İoann (Krestyankin) ilə Putinin görüşü barədə saysız-hesabsız dedi-qodular mövcuddur.
Onları görüşdürən mərhum rus patriarxı II Aleksiy olmuşdu. Yarıqaranlıq hücrədə baş tutmuş söhbətin məzmunu barədə çoxlu fərziyyələr və yozumlar var. Amma İlya ilə tanışılığın tarixçəsi mücərrəddir. Lakin 7 may 2018-ci ildə, dördüncü müddətə seçiləndən sonra, andiçmə günü prezident qoca və patriarxla birlikdə hamının gözü qarşısında Blaqoveşensk kilsəsində dua edib.

İddialar doğrudursa, Putin və İlya bir neçə dəfə görüşüblər. Prezidentin mətbuat katibi Dmitri Peskov da bunu təsdiqləyib. Putin abid qocaya mütəmadi zəng edir, lakin bu söhbətlərin məzmunu Kremlin rəsmi saytında heç vaxt əks olunmur.
8 Mart 2017-ci ildə prezident İlyanı 85 yaşı münasibətilə şəxsən təbrik edib və "kilsəmiz üçün, xalqımız üçün çox şey etdiyini" söyləyib. Ağsaqqal minnətdarlıq edib: “Biz qocalmışıq, amma siz belə deyilsiniz, hələ uzun illər müqəddəs Rusiyamıza xidmət edə bilərsiniz”.
Yəqin ki, bu epizodlarda siyasi elitanın qocaya olan marağının səbəblərindən biri yatır. Rəsmilər Birinci şəxsi ovsunlamış keşiş İlya vasitəsilə prezidentə məlumat, xüsusi mesajlar çatdırmaq istəyir. Amma ondan mistik kömək də almağa ümid edirlər.
“Kremlin ağsaqqalı" çar Nikolayın favoriti olmuş Qriqori Rasputinə rəğbətlə yanaşır. Bəlkə elə özü də indi Vladimir Putinin yanında bu statusdadır?
Sevinc ABBASOVA
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər