











Tarix: 18-08-2016 17:25 | Bölmə: Slayd
Dünən gecə İstanbulun Beşiktaş səmtində sui-qəsd nəticəsində həlak olan "qanuni oğru” Rövşən Lənkəranskinin ölümü işi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Təbii ki, MDB məkanında ən nüfuzlu "qanuni oğru”lardan birinin öldürülməsi kifayət qədər ciddi rezonans doğurmalı idi və belə də oldu.
Reyting.az saytı Modern.az-a istinadən xəbər verir ki, Rusiya KİV-i Lənkəranskiyə qarşı təşkil edilən hücumu yeni kriminal müharibə ilə əlaqələndirib.
Məlumata görə, o, MDB məkanın ən nüfuzlu "qanuni oğru”su sayılan Zaxari Kalaşovun (Şakro Molodoy) həbsindən sonra başlanan yeni müharibənin qurbanı olub.
Rövşən Lənkəranski və Merab Canqveladze öz təşəbbüsləri əsasında Şakro Molodoyun "qanuni oğru"ların tacının əlindən alınmasına qoyduğu qadağanı pozaraq, bir neçə avtoriteti bu addan məhrum edib. Ehtimal olunur ki, məhz bu fəallığına görə Rövşən Lənkəranski qui-qəsdin qurbanı olub.
Məlumatda bildirilir ki, Rövşən Lənkəranski həm də məşhur avtoritet, "Ded Xasan” ləqəbli yezidi kürd Aslan Usoyana qarşı təşkil edilən sui-qəsdin əsas sifarişçisi sayılır. "Ded Xasan” 16 yanvar 2013-cü ildə snayperlə qətlə yetirilib.
Bu arada iddia edilir ki, Rövşən Lənkəranskinin (Canıyev) ölümündən sonra MDB məkanındakı "oğru"lar, "lotu"lar və "avtoritet"lər arasında yeni qüvvələr nisbətinin müəyyənləşdirilməsinə cəhdlər onlar arasında yeni toqquşmalar və qarşıdurmalarla nəticələnə bilər.
İddiaya görə, Rusiyanın Kuban vilayətindəki Adler şəhərindəki "oğru iclası"nda baş vermiş hadisə ilə bağlı MDB-nin ən nüfuzlu "lotu"larının "sxodka"sına qərar verilib (Milli.az).
"Sxodka"da "Robinzon" ləqəbli Robinzon Arabuli, Georgi Uqlava ("Taxi"), David Sebiskaveradze ("Dato"), Vaja Biqanişvili ("Vaja"), Amiran Sopromadze ("Sopotiya"), Oleq Şişkanov ("Şişkan"), Boris Apakiya ("Apakela"), Hüseyn Əhmədov ("Kor Hüseyn"), Ruben Tatulyan ("Robson"), Cemal Mikeladze ("Camo") və başqalarının, habelə hazırda həbsxanada olan Zaxari Kalaşov ("Şakro Molodoy"), Merab Canqveladze ("Merab Suxumski") və Tariel Onianinin ("Taro") nümayəndələrinin iştirakı gözlənilir.
"Artyom Kanevski" kimi tanınan erməni Artyom Harutyunyanın toplantıya çağrılmadığı da verilən məlumatlar arasındadır.
Reyting.az
Bölməyə aid digər xəbərlər