16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda nazir müavini istefa verdi - Hafiz Paşayev ərizəsini Prezidentə təqdim edib
Tarix: 29-10-2019 21:09 | Bölmə: Slayd
Azərbaycanda nazir müavini istefa verdi - Hafiz Paşayev ərizəsini Prezidentə təqdim edib

Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

Nazirlikdən Reyting.az-a daxil olan məlumata görə, H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

O, dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Qeyd edək ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}