











Tarix: 24-08-2016 13:44 | Bölmə: Slayd
"2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Sentyabrın 5-nə qədər dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur”.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, şagirdlərin bir məktəbdən digərinə
yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100
faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə
dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən
şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların
valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək
dərsliklərin əldə edilməsi xahiş olunur.
"Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa,
bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb
rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll
olunacaq. Dərsliklərin əldə edilməsi üçün məktəblərə
vaxtında edilən müraciətlər dərslik təminatında yarana biləcək problemləri
operativ şəkildə aradan qaldırmağa imkan verəcək”.
Təhsil Nazirliyi şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırır ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir. Onlar dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar. (Modern.az)
Bölməyə aid digər xəbərlər