22:39 / 13-11-2019
Ərdoğanla Tramp görüşdü
Ağ Ev Ərdoğanı sanksiya ilə hədələdi: "Tramp şəxsən ona bunu çatdıracaq"
Tarix: 10-11-2019 22:04 | Bölmə: Siyasət
Ağ Ev Ərdoğanı sanksiya ilə hədələdi: "Tramp şəxsən ona bunu çatdıracaq"

ABŞ Türkiyəni növbəti dəfə sanksiya ilə təhdid edib.

Reyting.az
xarici mətbuata istinadla bildirir ki, bu barədə Ağ Evdən bu gün yayılan açıqlamada məlumat verilib.

Bildirilib ki, Türkiyə Rusiyadan aldığı "S 400" raketlərindən imtina etməzsə, o zaman ABŞ sərt sanksiya tətbiq edəcək: "ABŞ buna hazırdır".

Bu açıqlamadan sonra ABŞ Prezidentinin Beynəlxalq təhlükəsizlik üzrə müşaviri Robert Obriyen CBS telekanalının canlı yayımında qonaq olub.

O, ABŞ Konqresinin "S 400"lərdən vaz geçməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq etməyə hazır olduğunu təsdiqləyib: "Əlbəttə, ABŞ "S 400"lərin alınmasından çox narahatdır. Və bu məsələ Ərdoğanın noyabrın 15-də Vaşinqtona ziyarətində də açıq deyiləcək. Bunu Tramp şəxsən ona çatdıracaq".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}