21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Yeni büdcə layihəsində şəffaflıq tam təmin edilməyib - Foto
Tarix: 12-11-2019 18:53 | Bölmə: Slayd

“Büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalət prinsipi tam təmin edilməyib. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, büdcə layihələri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdilməməlidir. Təəssüf ki, biz millət vəkilləri bu məsələdə Prezidentə kömək etmək imkanı xaricindəyik”.
Reyting.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasındakı çıxışı zamanı səsləndirib.
Millət vəkili bildirib ki, “Büdcə sistemi haqqında” qanuna zidd olaraq dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib: “Ona görə də bizim neçə obyekt tikiləcəyi, hansı obyektin tikintisinə nə qədər vəsait ayrılması barədə ən kiçik məlumatımız belə yoxdur”.
Q. Həsənquliyev deyib ki, Hesablama Palatası 34 dövlət proqramı, 4 tədbirlər proqramı, 7 tədbirlər planı ilə əlaqədar 15 icraçı quruma məktub göndərib və icraçı qurumlar tərəfindən verilən təkliflər əksər hallarda ümumi şəkildə əsaslandırılıb, konkret hədəflər göstərilməyib: “Hesablama Palatasının rəyində bu cür qeyd olunur. Bununla Hesablama Palatası əlsində, Prezidentin dediklərini təsdiq edib. Söhbət büdcə xərclərinin 37,9 faizini təşkil edən 10 milyard 209, 9 milyon manatın xərclənməsindən gedir. Bununla yanaşı gələn il 951 milyon manat xarici kredit hesabına dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulur. Xarici borc üzrə büdcədən 1 milyard 828 milyon vəsaitin geri qaytarılması göstərilib. Biz bilirik ki, götürülən kreditlər də əsasən tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisdə təsdiq olunmalıdır. Çünki biz, o pulları büdcədən qaytarırıq. Əlbəttə, həmin pulların səmərəli istifadə olunduğu sahələr var. Məsələn, mən bir neçə gün bundan əvvəl APA İnformasiya Agentliyinin yaydığı bir məlumatla tanış oldum. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi qlobal rəqabətlilik hesabatında Azərbaycan Dəmir Yollarının səmərəlilik indeksi 70,8 faiz olub. Bu sahədə islahatlar real olaraq həyata keçirilir və hər bir vətəndaşı məmnun edir.
Amma “Azərenrji”yə dəfələrlə artıq vəsait yönəldilib. Buna baxmayaraq keçən ilin yayında Mingəçevirdə baş verən qəza nəticəsində ölkənin yarısı qaranlığa qərq oldu. Biz xarici dövlətlərdən elektirik enerjisi almaq məcburiyyətində qaldıq. Ümid edirəm ki, yeni rəhbərlik orada da köklü dəyişikliklərə nail olacaq”.

Q. Həsənquliyev
Q. Həsənquliyev xatırladıb ki, “Duinq Biznes” hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutur: “Amma bu ilin 9 ayında əsas kapitala investisiyaların həcmində 49,4 faiz paya malik olan sənaye investisiyaları 10 faiz, xarici investisiyaların həcmi 27,6 faiz azalıb. Bu da onu göstərir ki, biz iqtisadi sferanı tənzimləyən, biznes mühitini yaxşılaşdıran qanunlar qəbul etməklə yanaşı qanunların aliliyini təmin etmək məqsədilə məhkəmə hüquq islahatlarını da dərinləşdirməliyik”.
Millət vəkilinin sözlərinə görə, təqdim olunan sənədlərdən görünür ki, neft hasilatı 2,8 faiz azalıb, qaz hasilatının 29,3 faiz artması isə ümumi neft-qaz sektorunda yalnız 1 faizlik artımı təmin edib: “Neft sektoru büdcə gəlirlərinin 56,1 faizini təşkil edir. Əgər neftin qiyməti və hasilatı azalacaqsa, biz gələcəkdə maliyyə problemləri ilə üz-üzə qalacağıq. Mən hesab edirəm ki, bundan yayınmaq üçün qeyri-neft sektorunun və özəl sektorun inkişafına xüsusi diqqət yetirməliyik. Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalıdır. İqtisadiyyatda proteksianizmə son qoyulmalıdır. Biz böyük özəlləşməyə getməliyik. Gələn il özəlləşmədən büdcəyə 62 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir. Məsələn, bu günlərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə fəaliyyət göstərən özəl sektorun nümayəndələri mənə müraciət edərək deyirlər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlətə məxsus kabel-kanalizasiya qurğularından istifadəyə “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC vasitəsilə qadağa qoyub. Özləri isə artıq müasir dünyada istifadə olunmayan və köhnəlmiş qurğulardan istifadə etməklə keyfiyyətli xidmət göstərə bilmirlər. Söhbət 21 özəl şirkətə yaradılan problemlərdən gedir. Hesab edirəm ki, müvafiq strukturlar bu məsələni aydınlaşdırıb tədbir görəcəklər”.
Q. Həsənquliyev sonda qeyd edib ki, yeni büdcədə islahatlarla bağlı xərclərə 878 milyon manat, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə 226 milyon manat, Prezidentin Ehtiyat Fonduna isə 300 miylon manat vəsait ayrılır: “Biz bu vəsaitlərə nəzarət edə bilmirik.
Sonda mən deputat həmkarımın o fikrini də dəstəkləyirəm ki, hökumət siyasi partiyalara, QHT-lərə və KİV-lərə də ayrılan vəsaiti artırmalıdır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər