15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

ALP Dağlıq Qarabağa dair yeni təklif irəli sürdü - Foto
Tarix: 19-11-2019 11:23 | Bölmə: Slayd

1991-ci ildə ləğv olunmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları çərçivəsində Dağlıq Qarabağ inzibati bölgəsi, “böyük rayonu”, qəzası, (ola bilsin, vilayəti) və Dağlıq Qarabağ seçki dairəsi (dairələri) yaradılmalıdır. Buna ən azından Dağlıq Qarabağda 2 seçki dairəsi yaratmaqdan başlamaq (1-ci və 2-ci Dağlıq Qarabağ seçki dairələri) olar.
Bu təklifi Reyting.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan səsləndirib.
Ə. Temirxan təklif edr ki, Dağlıq Qarabağ Muxtar Vilayətində mövcud olmuş bütün inzibati rayonlar, o cümlədən Xankəndi rayonu bərpa edilməli, bölgələrin alban-türk adları (məsələn, Dizak, Vərəndə və sair) rayonların adında öz əksinə tapmalıdır:
“Rayonlar qoşaadlı olmalıdır. Məsələn, Vərəndə - Martuni, Ağdərə - Mardakert və sair”.
“Ayrıca təmsilçilik orqanları yaradılmalıdır”
Partiya sədrinin fikrincə, KİV-lərdə, xüsusən, radio və telekanallarda (məsələn, hava haqqında məlumatlarda) bu rayonların Ermənistandakı - Hayastandakı Azərbaycan – türk dilində olan etnonimlərin və toponimlərin adları tez-tez hallandırılmalıdır: “Bundan başqa, bölgənin ayrıca və bütün rayonlarının təmsilçilik orqanları Dağlıq Qarabağ bölgə, şəhər, rayon, qəsəbə, kənd məclisləri yaradılmalıdır. Vali ya Prezident tərəfindən təyin edilməli, ya da Məclis deputatları, rayon icra başçıları ilə birgə əhali tərəfindən seçilməlidir.
Məclislər təmsilçilik orqanları kimi yerli büdcələrin sərəncamçısı, həmçinin vali və icra başçılarının fəaliyyətinə nəzarət etməlidir”.
“İrəvan - Zəngəzur Muxtar Respublikası elan olunsun”

Ə. Temirxan qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin inzibati-hüquqi statusu həm bölgənin keçid statusu, həm də Hayastanda yaşamış milyonlarla azərbaycanlının keçmişdə kompakt yaşadığı bölgələrə verilməsi tələb olunan simmetrik status kimi gündəmə gətirilməlidir: “Bunun üçün Hayastandan qovulmuş azərbaycanlılara hərtərəfli kömək etmək lazımdır ki, onlar Azərbaycanın nəzarətində olan və Gədəbəy rayonunun əhatəsində yerləşən, lakin Hayastanın Çəmbərək – Krasnoselsk rayonuna mənsub olan Başkənd – Artsvaşen qəsəbəsində İrəvan – Zəngəzur (ad şərtidir) Muxtar Respublikası yaratsınlar”.
Erməni Milli Məclisin deputatı olsun?
Milli Məclisə Dağlıq Qarabağdan nümayəndənin seçilməsi üçün keçiriləcək seçkilərin - ermənilərin həmin seçkilərdə iştirak etməməsi səbəbindən beynəlxalq aləm tərəfindən tanınıb-tanınmayacağına gəldikdə, Ə. Temirxan diqqətə çatdırıb ki, Azərbaycan Respubikasının Seçki Məcəlləsinə görə seçkilərdə yetərsay yoxdur: “Seçkilərdə 1 nəfər iştirak etsə belə, seçkilər qanuni sayıla bilər. Yəni, Dağlıq Qarabağ “ermənilərinin” seçkilərdə iştirak etməməsi heç də azərbaycanlıların iştirakına kölgə sala bilməz.
İkincisi, Dağlıq Qarabağda cəmi 60 min “erməni” olmalıdır. 1990-cı ilin yanvarında ABŞ senatorlarının Qorbaçova Dağlıq Qarabağın Hayastana verilməsinə dair məktubunda məhz bu rəqəm göstərilmişdi. Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı isə, bəzi rəsmilərin sözlərinə görə, artıq 65 mindən çoxdur.
Üçüncüsü, mən keçid dövrü üçün Dağlıq Qarabağda MSK tərəfindən Seçki Məcəlləsini dəyişmədən 2 seçki dairəsinin yaradılmasını təklif edirəm. Gələcəkdə deputatların sayı artırılarsa və ya Azərbaycanı qane edən barış sazişi imzalanarsa, ölkədə 1 proporsional seçki dairəsi, 2 deputat seçilən 20-25 majoritar dairə, Dağlıq Qarabağda isə 1 majoritar dairə olmaqla həmin dairədən 4-5 illiyə 3 deputat seçkisini nəzərdə tutmaq olar. O zaman ermənilərlə bərabər ən azı 1 azərbaycanlı da deputat seçilə bilər. Bu isə Azərbaycan dövlətinə erməni təhlükəsini heçə endirər və beynəlxalq ictimaiyyət də görər ki, doğrudan da Azərbaycanın erməni vətəndaşlarının haqları təmin olunur”.
“Dağlıq Qarabağı “demokratiya poliqonuna” çevirə bilərik”
O ki qaldı inzibati rayonları bərpa etmək və yeni dairələrin yaradılmasının Azərbaycana verəcəyi siyasi üstünlüklərə, ALP sədri bunları deyib:
“Hər şeydən əvvəl, bu bizə psixoloji üstünlük verər və danışıqlarda təşəbbüsü ələ alarıq. Azərbaycanın bütün imkanlarının səfərbər olunmasına münbit şərait yaradar. Bu isə qələbə üçün az deyil.
İkincisi, Dağlıq Qarabağda rayonları birləşdirmək, o rayonlara qədim alban-türk adlarını qaytarmaq əyani nümayiş etdirər ki, hayların bu torpaqlara iddiası tarixi və hüquqi əsasa malik deyil. Yerli əhalinin alban kökənli olmasını göstərməklə biz həm Rusiya çarının 11 mart 1836-cı il fərmanına əsasən ləğv edilmiş Alban (türk) Apostol Kilsəsinin ləğv edilməsindən sonra onların etnik və dini cəhətdən haylar tərəfindən manqurtlaşdırıldıqlarını xatırladarıq, onların etnik və dini özünəqayıdışına zəmin yaradarıq, onlara öz vətəndaşımız kimi bir növ “sahib çıxarıq”, qismən Hayastanın “əlindən alarıq”, Dağlıq Qarabağın erməni əhalisi arasında Azərbaycan dövlətinə güvəni artırarıq, onların bizim dövlətimizin əfvinə sığınmasına şərait yaradarıq. Həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırarıq. Bu baş tutarsa, udan Azərbaycan, uduzan Hayastan olar.
Üçüncüsü, Azərbaycan rəhbərliyi onsuz da Dağlıq Qarabağa muxtar status verəcəyini bəyan edib. Dağlıq Qarabağa vahid inzibati-hüquqi status verməklə və bizim nəzarətimizdə olan Başkənd - Artsvaşendə, Hayastan ərazisində, onun tərkibində İrəvan - Zəngəzur Muxtar Respublikası yaratmaqla simmetrik satatus prinsipini gündəmə gətirərik. Hayastandan köçürülmüş, qovulmuş, etnik təmizləməyə məruz qoyulmuş azərbaycanlıların vətəndaş və insan hüquqlarının pozulmasını, bərpaolunma zərurətini gündəmə gətirərik, bunu beynəlxalq ictimaiyyətin “beyninə həkk edərik”, onlara muxtar respublika statusunu verməyi tələb etmək üçün əsas qazanarıq. Deyərik ki, siz bizim soydaşlarımıza Hayastan ərazisində muxtariyyət verin, biz də əvəzində - Dağlıq Qarabağ “ermənilərinin” “inzibati bölgə” statusunu İrəvan – Zəngəzurun muxtar statusuna uyğunlaşdıraq. Yaxud, əksinə.
Dördüncüsü, Dağlıq Qarabağı “demokratiya poliqonuna” çevirə bilərik və danışıqlarda “kozır” əldə edərik. Həm də valinin, rayon, şəhər, qəsəbə, kənd icra başçılarının, məclislərin deputatlarının seçkilərini keçirməklə gələcəkdə orda çoxalacaq azərbaycanlıların üstünlük qazanmasına, hakimiyyət orqanlarında ciddi, siyasi proseslərə təsiredici sayda təmsil olunmalarına indidən qanuni zəmin yaradarıq”.
Ə. Temirxan sonda qeyd edib ki, Alban Apostol Kilsəsini təcili bərpa etsək və Bakıdakı erməni kilsəsini onun mülkiyyətinə versək, tarixi ədaləti qismən bərpa edərik.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər