Deportasiya qurbanları anılıb - Təkliflər
Tarix: 05-12-2019 16:13 | Bölmə: Cəmiyyət
Deportasiya qurbanları anılıb

Bu gün Deportasiya Qurbanları Mərkəzinin toplantısı keçirilib.

Reyting.az
xəbər verir ki, İdarə Heyətinin toplantısında soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu (1988) deportasiya faktı ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı bir sıra təkliflər irəli sürülüb.

Təklif olunub ki, 5 Dekabr - Qərbi Azərbaycandan Deportasiya Günü elan edilsin.

Digər təklif Qərbi Azərbaycandan deportasiya tarixinin Azərbaycan dərsliklərinə salınması ilə bağlı olub. Habelə deportasiya soyqrım muzeyinin yaradılması, xaricdən gələn qonaqların bura səfərinin təşkilinə dair təkliflər də səsləndirilib.

Deportasiya Mərkəzi 1988-ci ildə həyata keçirilən deportasiya aktını Azərbaycan xalqına qarşı əsası 200 il əvvəl Çar Rusiyası tərəfindən qoyulan, SSRİ zamanı davam etdirilən anti-türk və anti-islam siyasətinin davamı, əsas məqsədin isə bölgədə ermənilər üçün daha münasib şərait yaratmaq olduğunu vurğulayıb.

Deportasiya Mərkəzi bildirir ki, anti-türk siyasətinin davamı olaraq indiki Ermənistan adlandırılan tarixi türk torpaqlarından sonuncu kütləvi deportasiya aktı 1988-ci ilin noyabr-dekabr aylarında həyata keçirilib, nəticədə Ermənistan adlanan ölkədə türklərin tarixi-etnik təmizlənməsi prosesi başa çatdırılıb. Bu zaman Ermənistanın 22 rayonunda və 300 kəndində yaşayan 250 min nəfər azərbaycanlı öz tarixi torpaqlarından qovulub, erməni quldur dəstələrinin vəhşiliyi nəticəsində yüzlərlə azərbaycanlı qətlə yetirilib.

Deportasiya Mərkəzi 1988-ci ilin noyabr-dekabr aylarında baş verən sonuncu deportasiya aktının 31-cu ilində, bu hadisəni pisləyib, Sovet strukturları, kommunist partiyasının rəhbərliyi və hərbçilərinin dəstəyi sayəsində erməni quldur dəstələrinin həyata keçirdiyi bu anti-insani akta beynəlxalq hüquqi qiymət verilməsini tələb edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}