16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakılı milyarder xanım 1 milyard dollar oğurlamaqda ittiham olunur - Foto
Tarix: 10-01-2020 19:09 | Bölmə: Slayd
Bakılı milyarder xanım 1 milyard dollar oğurlamaqda ittiham olunur

Keçmiş Anqola prezidentinin qızı və milyarder İzabel Duş Santuş dövlət xəzinəsindən 1 milyard dollar oğurlamaqda ittiham olunur.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, “Forbes”in versiyasına görə, Afrikanın ən varlı qadını adlandırılan, sərvəti 2 milyard dollardan çox olan, "Şahzadə" ləqəbli Duş Santuş sərvətinin korrupsiya ilə qazanılmadığını isbatlamağa çalışır.

Prezident Joao Lourenso 2017-ci ildə Duş Santuşun atası Xose Eduardonu əvəz edəndən sonra 40 il hakimiyyətdə olmuş sələfinin övladlarının “ciblərini kəsir”. O, Duş Santuşu “Sonangol” neft şirkətində tutduğu rəhbər vəzifədən kənarlaşdırıb və qardaşını suveren sərvət fondu başçılığından istefaya göndərib.

Bakılı milyarder xanım 1 milyard dollar oğurlamaqda ittiham olunur
D. Santuş

Duş Santuşun aktivləri 2019-cu ilin son günü – 31 dekabrdan dondurulub.

46 yaşlı milyarder korrupsiya iddialarını rədd edir. "Bu, siyasi sınaqdır. İnsanları həqiqi iqtisadi çətinliklərin səbəblərindən yayındırmaq üçün Lourenso korrupsiyaya qarşı mübarizə fonu yaratmaq istəyir".

Qeyd edək ki, vaxtilə Bakıda neft mühəndisliyi peşəsinə yiyələnən atası tələbəlik dövründə rus xanımla ailə qurub və İzabel Duş Santuş Azərbaycanda doğulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}