Putindən Bəşər Əsədə təklif: “Trampı Suriyaya qonaq çağır!”
Tarix: 12-01-2020 18:55 | Bölmə: Slayd
Putindən Bəşər Əsədə təklif: “Trampı Suriyaya qonaq çağır!”

Rusiya prezidenti Vladimir Putin Dəməşqə səfəri zamanı suriyalı həmkar Bəşər Əsədlə görüşdə ona Amerikanın lideri Donald Trampı qonaq çağırmasını təklif edib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Putin Əsədlə Dəməşqdəki gəzinti zamanı apostol Pavelin şəhərə çəkdiyi yol haqqında danışıblar. Suriyanın rəhbəri zarafatla deyib ki, əgər Tramp bu yolla gedərsə, onun üçün də hər şey normal olacaq.

Bunu eşidən Putin Əsədə Trampı qonaq çağırmağı təklif edib. Rusiya liderinin fikrincə, çünki mütləq gələcək və "öhdəsindən gələcək”.

Əsəd bunu etməyə hazır olduğunu və Putinin üzünə baxıb gülümsəyərək dəvəti göndərəcəyini söyləyib.

Putin Suriyaya yanvarın 7-də səfər edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}