Şok görüntülər üzə çıxdı: kanalizasiyalardan toplanan yağ qida kimi istifadə olunur - Video
Tarix: 11-02-2020 10:56 | Bölmə: Slayd
Şok görüntülər üzə çıxdı: kanalizasiyalardan toplanan yağ qida kimi istifadə olunur

Çinin Vuhan şəhərində yayılan və 1013 nəfərin ölümünə səbəb olan koronavirusla bağlı dünyada narahatlıq davam etdiyi bir vaxtda bu ölkədə daha bir biabırçılıq üzə çıxıb.

Reyting.az
xəbər verir ki, İngiltərə mətbuatının əldə etdiyi görüntülərdə çinlilər kanalizasiya borularından və kababxanalardan topladığı heyvan yağlarından iyrənc formada yararlanırlar.

İngiltərə mətbuatı yazır ki, restoran və kababxanaların yaxınlığındakı kanalizasiyalardan yığılan heyvan yağlarından qida kimi istifadə olunur.

Bildirilir ki, rəsmi Pekin 1013 nəfərin ölümündən sonra kanalizasiyalardan bitki və heyvan yağı toplayanlara qarşı ciddi tədbirlər görməyə başlayıb.

Mədə xəstəlikləri və insan səhhəti üçün bir sıra problemlər yaradan yağların təkrar istifadəsinə imkan yaradan insanlara ən ağır cəza verilir.

Çinin “South China Morning Post” qəzeti yazır ki, Ali Xalq Məhkəməsinin hökmü ilə kanalizasiyalardan heyvan yağı toplayanlara edam cəzası verilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}