14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bəşər Əsəd Rusiyaya qaçmaq istəyib – Generallar prezidentin sirrini açıb
Tarix: 25-02-2020 10:38 | Bölmə: Slayd
Bəşər Əsəd Rusiyaya qaçmaq istəyib – Generallar prezidentin sirrini açıb

“Bəşər Əsədin istefa verib Suriyadan qaçmasına İran İnqilab Keçikçiləri Korpusunun Qüds briqadasının sabiq komandanı Qasım Süleymani mane olub”.

Reyting.az
xəbər verir ki, bu sözləri İnqilab Keşikçiləri Korpusu nəzdində dini əsərlərin bərpası idarəsinin sabiq rəhbəri, general Həsən Plarek deyib.

“Fars” xəbər agentliyinə danışan general Plarek bildirib ki, Qasım Süleymani Suriya problemi ilə təkbaşına mübarizə aparıb və hətta Bəşər Əsədin ölkəsindən qaçmasına mane olub: “Qasım Süleymani qələbə üçün tək yolun dirəniş olduğunu qeyd edib, “Allahın köməkliyi ilə uğur əldə edəcəyik”,- deyib, dirəniş göstərib və uğur əldə edib”.

İnqilab Keşikçiləri Korpusunun sabiq komandanlarından olan Gülalı Babayı da “Balıqların mesajı” kitabında Suriyadakı savaşda ölən komandan Hüseyn Həmadaninin “O gecə çox qarmaqarışıq bir durum söz mövzusu idi. Bəşər Əsəd işinin bitdiyini düşünürdü. Rusiya kimi ölkəyə getmək niyyətində idi”,- sözlərini kitabında qeyd edib.

Qeyd edək ki, Həsən Plarek İran Ali dini lideri Seyid Əli Xamnəinin yaxın adamlarından olub. Süleymani Qüds briqadasının rəhbəri postunu dostu Həsən Plarekdən almışdı.

Xatırladaq ki, ABŞ xüsusi əməliyyat sayəsində general Qasım Süleymanini İraqın paytaxtı Bağdadda öldürüb. Bununla da Yaxın Şərqdə İranın əsas simalarından biri olan və “Hələb qəssabı” adlandırılan Qasım Süleymani faktoru ortadan qaldırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}