17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
8 dövlət orqanında 28 vəzifəyə işçi axtarırlar - Müsabiqə
Tarix: 28-02-2020 12:42 | Bölmə: Slayd
8 dövlət orqanında 28 vəzifəyə işçi axtarırlar

8 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elana çıxarılan vəzifələrin 10-u dövlət qulluğunun A növünə (inzibati rəhbər), 18-i B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasının Təlim Mərkəzi, sektor müdiri və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsi, İnformasiya texnologiyaları sektoru, sektor müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktoru vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 11, Qida Təhlükəsizliyi Agentliyində 6, Hesablama Palatasında 4, Maliyyə Nazirliyində 2, Bakı İnzibati Məhkəməsi 2, Milli Arxiv İdarəsində 1, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 1, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 1 vəzifə olmaqla 28 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 28 fevral 2020-ci il tarixindən 30 mart 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}