23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
ABŞ Azərbaycana vəsait ayırdı - Koronavirusla mübarizə üçün
Tarix: 28-03-2020 13:31 | Bölmə: Slayd
ABŞ Azərbaycana vəsait ayırdı - Koronavirusla mübarizə üçün

COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb.

Reyting.az
bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.

Son 20 ildə ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə 41 milyon dollara yaxın, ümumilikdə isə 890 milyon dollardan artıq yardım ayırıb.

Daha əvvəl Dövlət katibi Maykl Pompeo ABŞ-ın koronavirusdan daha çox əziyyət çəkən ölkələrə kömək üçün 274 milyon dollar ayırdığını söyləyib. Bu vəsait 64 ölkə arasında bölüşdürüləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 27 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}