23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Vətəndaşlara minimum əməkhaqqı məbləğində vəsait ayrılacaq
Tarix: 29-03-2020 19:57 | Bölmə: Slayd
Vətəndaşlara minimum əməkhaqqı məbləğində vəsait ayrılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimini gücləndirilib.

Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumətdən maddi dəstək gözləyir.

Reyting.az xəbər verir ki, hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib ki, tezliklə ictimaiyyətə bu barədə məlumat veriləcək:

"Hazırda bir neçə təklif hazırlanıb və üzərində müzakirələr aparılır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}