14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İnsan alverinə rəhbərlik edən şəxs yaxalanıb - Fotolar
Tarix: 18-05-2020 19:49 | Bölmə: Slayd
İnsan alverinə rəhbərlik edən şəxs yaxalanıb

İran polisi insan alveri ilə məşğul olan beynəlxalq şəbəkəni çökdürüb.

Reyting.az
“YJC”-ə istinadla xəbər verir ki, "Aleks" ləqəbli bir şəxsin rəhbərlik etdiyi bu cinayətkar qrup cinsi istismar məqsədi ilə müxtəlif ölkələrdə geniş əlaqələr quraraq İran qızlarını 7 il xaricə yollayıb.

Bu cinayətkar qrupun cinayətkar və anti-milli fəaliyyəti 5 il polisin kəşfiyyat nəzarəti altında olub. NAJA İctimai Təhlükəsizlik Polisi dəstənin bütün üzvlərini artıq həbs edib və məhkəmə orqanlarına təhvil verib.

İnsan alverinə rəhbərlik edən şəxs yaxalanıb

“Aleks” ləqəbli Şahruz Soxnuri Dubaydan deportasiya edildikdən sonra anası və "Manli" adlı bir iranlı qızla ABŞ-da da qanunsuz fəaliyyətlə məşğul olub. Ona qarşı deportasiya ittihamı sübuta yetirilmədikdən sonra yenidən Dubayda məskən salıb. Sonradan o, qadın və qızlara təcavüzə görə Dubaydan deportasiya edilib.

Nəhayət, “Aleks” Malayziyada yaxalanıb və İrana təhvil verilib.

İnsan alverinə rəhbərlik edən şəxs yaxalanıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}