Azərbaycana daha bir təhlükə - Sabiq nazir xəbərdarlıq etdi - Foto
Tarix: 06-07-2020 16:29 | Bölmə: Slayd
Azərbaycana daha bir təhlükə - Sabiq nazir xəbərdarlıq etdi

“Rusiyada keçirilən referendumun əks-sədası postsovet ölkələrinə yayılır. Açığı, mən bundan narahatam. Çünki Rusiyada sovetlərin bərpasından söhbət gedəndə Azərbaycanda “Beşinci kalon” hərəkətə gəlir. Çünki onların arzuladığı budur”.

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov deyib.

Professor əlavə edib ki, Azərbaycan müstəqil olub, xalqımız müstəqilliyin dadını dadıb: “Ona görə də indi əvvəlki dövrdə olduğu kimi “Beşinci kalon” çox dəyişiklik edə bilməyəcək. Hər halda ehtiyatlı olmaqda fayda var”.

Azərbaycana daha bir təhlükə - Sabiq nazir xəbərdarlıq etdi
F. Cəlilov

F. Cəlilov bildirib ki, əslində “Beşinci kalon” hər zaman olub: “Sözsüz ki, onların ən imkanlısı, söz sahibi olanları Azərbaycan hakimiyyətində təmsilçilik qazanıb. Bu gün də Rusiyadan gələn çağırışlara daha çox onlar səs verirlər”.

Sabiq nazir sonda əlavə edib ki, “Beşinci kalon”un təmsilçiləri Azərbaycanda nə qədər zəifləsə, bir o qədər yaxşıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər