Şəhidlərimizin cənazəsi böyük izdihamla qarşılandı – Video
Tarix: 13-07-2020 00:53 | Bölmə: Slayd
Şəhidlərimizin cənazəsi böyük izdihamla qarşılandı – Video

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbçilərimizi Tovuz rayon sakinləri alqışlarla qarşılayıb.

Reyting.az
xəbər verir ki, qarşılamanın görüntüləri sosial şəbəkədə yayılıb.

Belə ki, rayon sakinləri şəhidlərimizi böyük izdihamla qarşılayıb və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}