Rusiya ilə Türkiyə anlaşa bilmir - Foto
Tarix: 03-08-2020 13:22 | Bölmə: Slayd
Rusiya ilə Türkiyə anlaşa bilmir

Yaxın Şərqdə Rusiya və Türkiyə arasında gərginlik davam edir.

Reyting.az
xəbər verir ki, bu gün səhər saatlarında rus qırıcıları İdlibi bombalayıb.

Məlumata görə, Suriyada Bəşər Əsəd rejiminə dəstək verən Rusiyanın bölgədəki hərbi təyyarələri İdlibin Binniş bölgəsini, mülki insanların yaşadığı məntəqələri bombardman edib. İlkin məlumatlarda bildirilir ki, hava zərbələri nəticəsində 4 mülki şəxs öldürülüb, çoxlu sayda insan yaralanıb.

Ruslar İdlibi bombalamazdan əvvəl Türkiyə Suriya ərazilərinə çoxlu sayda zirehli texnika və əsgər yeridib.

Bu arada o da aydın olub ki, dünən Rusiyaya məxsus karqo təyyarələri Liviyanın Sirtə və Cufra şəhərlərinə 5 dəfə uçuş həyata keçirib.

Türkiyənin dəstəklədiyi Liviya milli etimad hökuməti bu məntəqələri qiyamçı Haftardan azad etməyə çalışır. Bu istiqamətlərdə Liviya legitim hökumətinin əməliyyatına rəsmi Ankara hər cür dəstək verir.

Rusiya ilə Türkiyə anlaşa bilmir

Liviya milli etimad hökumətinə bağlı olan ordunun generalı Əbdülxalif Dirah hesab edir ki, karqo tipli rus (Ulyişin) təyyarələrinin Sirtə və Cufra məntqələrinə 5 dəfə uçuş etməkdə məqsədi bu ərazilərə silah və canlı qüvvə daşımaqdır. Kəşfiyyat xidməti də bu fikirdədir.

Bu arada o da bəlli olub ki, ruslar Suriyadan Liviyanın ikinci böyük şəhəri və qiyamçı Haftarın əsas qərargahı olan Binqaziyə iki təyyarə döyüşçü gətirib.

Qeyd edək ki, iyul ayında Moskvadan Ankaraya xüsusi heyət səfər edib. Məqsəd Ankaranın dəstək verəcəyi Sirtə və Cufra əməliyyatlarının başlanmasını təxirə salmaq və bazarlaşmaq olub. İndi baş verənlər göstərir ki, Ankara və Moskva Liviyaya dair razılaşma əldə edə bilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}