Qara dəniz regionunda gərginlik artır: ABŞ-ın müasir silahları Rusiyaya tuşlanır - Fotolar
Tarix: 18-09-2020 12:50 | Bölmə: Slayd
Qara dəniz regionunda gərginlik artır: ABŞ-ın müasir silahları Rusiyaya tuşlanır

Müdafiə qabiliyyətini artırmağı hədəf seçən Rumıniya 2018-ci ildə ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini almaq üçün imzaladığı sazişə uyğun olaraq bu müasir silahların ilk partiyasını əldə edib. Bununla da Rumıniya Qara dəniz regionunda “Patriot” sistemlərinə sahib yeganə ölkə olub.

Reyting.az
-ın məlumatına görə, Amerika Birləşmiş Ştatları “7 AN/MOQ-65” radar, 7 komanda məntəqəsi, 28 atış qurğusu, 56 “Patriot MİM-104E” zenit raketləri, 168 “OAC-3” kəsici və yardımçı avadanlıqları Rumıniyaya təhvil verib.

Xarici KİV-lər xəbər verir ki, 4 milyard dollar dəyəri olan sistemlərin Rumıniyada yerləşdirilməsi təhdidi aradan qaldırmaq üçün ABŞ, NATO və Avropa Birliyinin müdafiə qabiliyyətini artırmaq üçün inkişaf etdirdiyi proqramın bir hissəsidir.



Rumıniya Baş naziri Ludovik Orban bu sistemlərin ölkəyə daxil olması ilə təhlükəsizlik probleminin əhəmiyyətli şəkildə həll olunduğuna diqqət çəkərək deyib ki, Rumıniya vətəndaşları bundan sonra daha yaxşı qorunacaqlar.

Əlavə edək ki, Rumıniya “Patriot” hava hücumundan müdafiə sistemlərinə malik olan NATO-da yeddinci dövlətdir. Qara dənizdə bu sistemə malik birinci, Polşadan sonra Şərqi Avropada ikinci olan Rumıniya bununla Rusiyaya qarşı daha güclü müdafiə imkanı əldə edib.

Hərbi mütəxəssislər hesab edirlər ki, bu, faktiki olaraq Rusiyadan qorunmaq üçün Rumıniyaya satılan ən müasir hava hücumundan müdafiə sistemləridir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}