Bölgələr üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb - Siyahı
Tarix: 20-09-2020 10:57 | Bölmə: Cəmiyyət
Bölgələr üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb

Azərbaycanın bölgələri üzrə koronavirusa yoluxmanın son vəziyyəti açıqlanıb.

Reyting.az
koronavirusinfo.az saytına istinadla xəbər verir ki, son rəqəmlər Bakıda yoluxmanın azaldığını göstərir.

Belə ki, ötən həfə 56,1 faiz yoluxma qeydə alınan Bakıda bu həftə göstəricilər 55,9 faizə enib.

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}