Cəbhədə gərginlik artır; Azərbayan-Ermənistan münaqişəsini alovlandırmaq istəyirlər
Tarix: 15-02-2016 17:43 | Bölmə: Slayd


Ölkədə iqtisadi sferada yaranan gərginlik Qarabağ cəbhəsində baş verənləri arxa plana keçirib. Amma fakt odur ki,son günlər cəbhəxəttində atəşkəs rejimi intensiv şəkildə pozulmur. İşğalçı erməni qüvvələrinin demək olar ki, bütün cəbhə boyu fəallaşması, hücuma cəhd etməsi müharibə ilə bağlı ehtimalları artırıb.

Qarabağ müharibəsinin yenidən alovlanma ehtimalını artıq bəzi beynəlxalq təşkilatlar da dilə gətirməyə başlayıblar. Bu günlərdə NATO baş katibi Yens Stoltenberq "Azadlıq” radiostansiyasına müsahibəsində deyib ki, hazırda ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin iradə nümayiş etdirərək vəziyyətin gərginləşməsinə yol verməməsidir: "Biz hazırda Azərbaycanda, Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyirik. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk”.

Diqqətçəkən məqamlardan biri də odur ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepperin Konqresin kəşfiyyat komitəsində Amerika kəşfiyyat cameəsinin dünya üzrə risklərin qiymətləndirilməsinə dair illik məruzəsidir. Həmin məruzədə bildirilir ki, 2016-cı il ərzində Ermənistanla Azərbaycan arasında gərginlik yüksək olacaq.

Məruzədə qeyd edilib ki, Bakının artan hərbi gücü və Azərbaycandakı iqtisadi problemlər münaqişənin 2016-cı ildə daha da kəskinləşməsi potensialını yaradır. Çünki Azərbaycan Dağlıq Qarabağdan imtina etməyə, Ermənistan isənəzarət etdiyi əraziləri boşaltmağa hazırlaşmır: "Bu isə münaqişənin sülh yolu ilə nizamlanmasını mürəkkəbləşdirir”.

Azərbaycanda da analoji fikirləri bölüşənlər var.

Politoloq Hikmət Hacızadə ABŞ-ın kəşfiyyat rəhbərinin söylədiklərinin reallaşmasını mümkün sayır. O, ABŞ Milli Kəşfiyyat Agentliyinin sıradan heç bir qərar vermədiyini deyərək məruzədəki fikirlərin adətən, əsaslandırıldığını söyləyib: "Onlar heç vaxt havadan proqnoz vermirlər. Belə bir çıxışla məruzə təqdim edirlərsə, deməli, onun üçün əsasları və hansısa məlumatları var. Rusiyanın təsiri ilə Gürcüstanın geosiyasi oriyentasiyasının dəyişməsi, həmçinin, Azərbaycan-Ermənistan münaqişəsinin daha da gərginləşəcəyi ilə bağlı ABŞ kəşfiyyatının bəyan etdikləri ilə razılaşmaq olar”.

Politoloq Zəlimxan Məmmədli isə deyib ki, Qarabağda proseslər çox acı ki, hər iki dövlətin iradəsindən kənardakı məkana transformasiya olunub. Qafqazın unikal məkan olduğunu diqqətə çatdıran politoloqun fikrincə, Qafqaz çarpışan qütblərin mərkəzində yerləşir, bu səbəbdən də burada baş verənləri nazarətdə saxlamaq çətindir: «Qafqaz həm də Orta Şərq proseslərində toqquşan qütblərin hər birinin təhlükəsizlik zolağına daxildir. Ermənistan nisbətən üstün mövqedə görünür. Çünki Rusiya kimi hərbi-strateji mütəfiqi və İran kimi "mehriban" qonşusu var”.

Azərbaycana gəlincə, Z.Məmmədli bildirib ki, siyasi oriyentasiyanı müəyyət etməməsi ucbatından ölkəmizqonşu güc mərkəzlərinin təhdidləri ilə üz-üzədir: "Azərbaycanda aparılan milli maraqlara münasibətdə strateji hədəflənməmiş siyasət dünyanın ən güclü və dayaqnıqlı tərəfi olan demokratik dünya ilə münaqişə şəraiti yaradıb. Azərbaycanın yeganə güvənəcəyi güc mərkəzi Türkiyədir. Cəsarət göstərib Türkiyə Cumhuriyyəti ilə hərbi və regional təhlükəsizlik məsələləri ilə bağlı ciddi sənədlər imzalanmasa, ölkəmizi təkləyə bilərlər».

Z.Məmmədli onu da nəzərə çatdırıb ki, ölkəmizdə neft sindromu ciddi problemlər yaradıb. «Əksər ciddi layihələr neft amili ilə bağlı olduğu üçün dayanmışvə dayanmaq üzrədir. Bu vəziyyətdəErmənistanın və Azərbaycanın istəyinə uyğun olaraq müharibəyəbaşlama imkanları çox məhduddur.Müharibəəlavəitirilən milyardlar deməkdir. Qarabağda gərginləşmədaha çoxtoqquşan qütblərin davranışlarından asılı görünür. Qeyri-rəsmi Rusiya-İran koalisiyasının hədəfində Türkiyə ilə yanaşıAzərbaycan da var. Rusiya ilə Türkiyəarasında psixoloji gərginlik açıq hərb müstəvisinə keçərsə, Azərbaycanın bu oyundan kənarda qalmaqşansı olmayacaq. Dost Türkiyə ilə aqressiv Rusiyanın Azərbaycan maraqları tam antoqanistdir. Fikrimcə, Qarabağ kartının yenidən hərbi-siyasi müstəviyə gəlməsi bu amillərdən asılıdır”.-deyə politoloq bildirib ki, Azərbaycan dünya çapında aydın, prinsipial mövqe sərgiləmədikcəuduzur: "Siyasi sistemimiz bu məsələni həll etməyə məhkumdur».

 





Bölməyə aid digər xəbərlər