23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ermənistan PKK-çıları Şuşa şəhərinə yerləşdirib
Tarix: 26-10-2020 09:09 | Bölmə: Slayd
Ermənistan PKK-çıları Şuşa şəhərinə yerləşdirib

PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşa şəhərinə yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” Xəbər Agentliyi kəşfiyyat mənbələrinə əsasən məlumat yayıb.

Sözügedən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr bildirir ki, ermənilər bununla əsl Azərbaycan əsgərlərində çaşqınlıq yaratmaq istəyirlər. Eyni zamanda həmin terrorçular öldürüldükdə, ermənilər həmin cəsədləri Azərbaycan Ordusu tərəfindən Suriyadan gətirilən muzdluların cəsədi kimi təqdim edəcəklər.

Qeyd edilir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini deyib. Azərbaycan Ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı hərbi əməliyyatda əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağdakı erməni sıralarında vuruşduğunu etiraf edib və bu terrorçuların bunun qarşılığında 600 dollar maaş aldığını etiraf edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}