23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Paşinyanın müəmmalı davranışlarının iki səbəbi var - Professor aydınlıq gətirir
Tarix: 28-10-2020 17:32 | Bölmə: Slayd
Paşinyanın müəmmalı davranışlarının iki səbəbi var - Professor aydınlıq gətirir

“Nikol Paşinyanın dünən erməni xalqına müraciətini oxudum. Müqavimət göstərməkdən, Qarabağda sona qədər savaşacaqlarından danışdı, hər addım üçün mübarizə aparacaqlarını dedi, erməni xalqını müqavimət göstərməyə, cəbhəyə getməyə, fərarilik etməməyə çağırdı. Hesab edirəm ki, Paşinyanın davranışları iki səbəblə bağlı ola bilər”.

Bunu professor Əli Abbasov Reyting.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın Qərbpərəst hökumətinin addımlarının iki səbəbi ola bilər. Səbəblərdən biri budur ki, Paşinyan Qarabağdan əl çəkmək üçün hər şeyi edir: “Açığı, bu yanaşmanı Qərb analitikləri də irəli sürür. Digər yanaşma odur ki, erməni xalqının ictimai mövqeyinin əleyhinə getməyərək onların səsi ilə müharibəni davam etdirmək qərarı var. Buna qədər də Paşinyan çıxışları zamanı Azərbaycanı ittiham edirdi. Amma bunların hamısı boş şeydir. Reallıq odur ki, erməni hərbçiləri dinc əhalini bombardman edir və onların silahsız insanlar qarşısında böyük cinayətləri var”.


Ə. Abbasov

Ə. Abbasovun fikrincə, N. Paşinyan erməni xalqını mobilizasiya edə bilər, amma bu zaman obyektiv suallar da ortaya çıxır:

“Söhbət maksimum 1,5 milyonluq xalqdan gedir. Bu xalqı mobilizasiya edib nəyə nail olmaq mükündür?

Nəzərə alın ki, 1,5 milyon əhalinin böyük hissəsi yaşlılar, qadınlar və uşaqlardır. Onları da qabağa verib nəyə nail olacaqlar? Azərbaycanla Ermənistanın müqayisəsi 1-in 10-na nisbətindədir. Mobilazasiya etsə belə, olub-qalan erməniləri də ölümə göndərəcək. Ermənilər artıq özləri yazır ki, erməni xalqını qırırsınız, səbəbi də bəlli deyil”.

Professor əlavə edib ki, əslində imkan və resurs baxımından erməni tərəfi işğal edilən ərazilərdən çıxmalıdır: “Burada problem ondadır ki, Rusiya Ermənistana küllü miqdarda silah-sursat göndərir. Bu da açıq bilinir. Amma çox güman ki, bu silahların heç bir nəticəsi olmayacaq. Çünki bu silahlar ya Azərbaycanın əlinə keçəcək, ya da məhv ediləcək.

Onlar bəzən deyirlər ki, Mingəçevir başda olmaqla Azərbaycanın strateji obyektlərinə hücum həyata keçirə bilərlər. Əgər buna getsələr beynəlxalq ictimaiyyət onlara qarşı duracaq. Açığı, mən erməni tərəfinin müharibəni davam etdirmək resursunu görmürəm. Əgər müharibəni davam etdirmək qərarını versələr daha çox erməninin ölümünə səbəb olacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}