16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Vahid Əhmədov: “Ermənistan iqtisadiyyatı çökəcək”
Tarix: 30-10-2020 12:42 | Bölmə: Slayd
Vahid Əhmədov: “Ermənistan iqtisadiyyatı çökəcək”

“Müharibədən sonra Ermənistanın iqtisadi və sosial durumunu faciəvi görürəm. Əgər onlar qısa müddətə müharibəni dayandırmasalar, əksinə, xaricdən muzdlular gətirməyə və ATƏT-in Minsk qrupunun üzvü olan bəlli ölkələrdən silah-sursat almağa davam etsələr vəziyyətləri çox ağır olacaq”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, tanınmış iqtisadçı Vahid Əhmədov Ermənistanın müharibədən sonrakı sosial-iqtisadi durumunu şərh edərkən deyib.

Deputat bildirib ki, Qafqaz regionunda vəziyyət tamamilə dəyişir, Türkiyə kimi güclü dövlət meydana girib və sözünü deyir:

“Hansı ölkəni əzmək istəyirlərsə, qarşılarında Türkiyəni görürlər. Türkiyənin çox güclü siyasi lideri var. Rəcəb Tayyib Ərdoğan dünyada seçilən, qəbul olunan liderdir. Mən şadam ki, cənab Ərdoğan və cənab İlham Əliyev arasında çox ciddi dostluq münasibətləri var. Bu, hər birimiz üçün böyük əhəmiyyət kəsb edir”.

V. Əhmədov əlavə edib ki, əgər belə davam edərsə, yəni Ermənistan çəkə bilməyəcəyi yükün altından çıxmaq istəməsə, onun bir dövlət kimi bölgədə qalması sual altına düşəcək.

Deputat qeyd edib ki, Ermənistanda iqtisadi problemlə yanaşı siyasi problemlər də mövcuddur: “Nikol Paşinyanın hakimiyyətdən devrilməsi məsələsi gündəmə gələcək və başqa qruplar meydana çıxacaq. Bütün bunlar isə Ermənistan iqtisadiyyatının ciddi şəkildə çökməsinə səbəb olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}