16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağ müharibəsində dron təcrübəsi - Ekspert rəyləri
Tarix: 21-11-2020 14:40 | Bölmə: Slayd
Qarabağ müharibəsində dron təcrübəsi - Ekspert rəyləri

"Ermənistan-Azərbaycan müharibəsi hərbi dronların getdikcə artan əhəmiyyətini ortaya çıxarıb. Bu müharibədə Azərbaycan Ordusu Türkiyə-İsrail pilotsuz təyyarələrinin köməyi ilə qalib gələ bilib".

Reyting.az
“Tageshausch”-a istinadla xəbər verir ki, alman saytının məqaləsində belə qeyd olunur.

Yazıda PUA-ların 21-ci əsr müharibələrində rolu araşdırılır. “İstər Liviyada, istər Suriyada, istərsə də Ermənistanla Azərbaycan Respublikası arasında gedən müharibədə dronlar mühüm vasitə olub”.

Türkiyəli hərbi ekspert Can Kasapoğlu Suriyanı "21-ci əsr müharibələri üçün laboratoriya" adlandırıb. O, təhlilində Rusiya və Türkiyənin elektron şəbəkə vasitəsi ilə pilotsuz təyyarələrini və digər silahlarını necə koordinasiya etdikləri barədə məlumat verib.

Stein Mitzer kimi bəzi analitiklər, Dağlıq Qarabağ döyüşünün görüntülərini və videolarını nəzərdən keçirərək 185 tank və zirehli texnikanın məhv edilməsi də daxil olmaqla, Ermənistan ordusunun mövqelərinə PUA-ların uğurlu hücumlarını sənədləşdiriblər.

Türkiyənin “Bayraktar TB-2” və ya İsrailin “Hermes 900” dronunundan başqa, bakılı hərbi ekspert Fuad Şahbasov Azərbaycan Ordusunun keçmiş Sovet İttifaqının məhsulları olan “Antonov AN-2” təyyarələrindən də istifadə edildiyini xatırladıb. “İçindəki dəyişikliklərlə bu təyyarə uzaqdan idarə oluna bilər və aşağı hündürlüklərdə uçaraq, Ermənistan ordusunun mövqelərinin coğrafi xüsusiyyətlərini qeyd edə bilər. Bu məlumatlar yüksək hündürlükdə kəşfiyyat pilotsuz təyyarələrinin qeyd etdiyi məlumatlarla tamamlanıb və Azərbaycan Ordusuna və müttəfiqlərinə Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etməyə imkan verib. “Bayraktar TB-2” pilotsuz təyyarələri yer-hava raketləri ilə də təchiz oluna bilər. Bundan əlavə, uzaq hədəfi müəyyən etdikdən sonra onu partlayıcı başlıqla vurmaq üçün ərazi üzərində dolaşann "kamikadzelər" var. Azərbaycan Ordusunda bu tip pilotsuz təyyarələrin İsrail modelidir”.

Avstriya Hərbi Akademiyasından Markus Raysner bildirib ki, köhnə və səmərəsiz erməni hava hücumundan müdafiə sistemləri Türk və İsrail PUA-larını vaxtında aşkar edib məhv etmək iqtidarında olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}